Darvinist aldatma üsulunun tərifini özü də darvinist olan və törətdiyi qırğınları darvinizmdən ilham alaraq həyata keçirən XX əsrin ən zalım diktatoru Adolf Hitlerin sözlərindən başa düşə bilərik:
Əgər bir yalanı həddindən artıq uzun, həddindən artıq ucadan və həddindən çox desəniz, insanlar inanar. İnsanları bir yalana inandırmağın sirri yalanı daima təkrar etməkdir. Sadəcə təkrar, təkrar və təkrar deyin.116
Elə darvinizmin insanları aldadarkən istifadə etdikləri üsul budur. Darvinizm yalanı o qədər yüksək səslə, o qədər çox, o qədər ehkamçı inancla deyilmişdir ki, dünyada bir çox insan araşdırmadan, soruşmadan təkamül nəzəriyyəsini doğru hesab etmişdir. Həm də bu barədə kütlələrin aldadılması çox açıq üsullarla edilməsinə baxmayaraq, heç kim bu yalanı müdafiə edən elm adamlarından, bu yalanın jurnallarda dərc edilməsindən, tədris materialına salınaraq məktəblərdə tədris edilməsindən şübhələnməmişdir. Bu elm adamları “zülallar təsadüfən palçıqlı suda əmələ gəlmişdir” yalanını ortaya atmış və bunu yüksək səslə, tərəfdarları ilə birlikdə, elmi sözlərdən istifadə edərək təkrar-təkrar elmi həqiqət kimi izah ediblər. Bircə zülalın təsadüfən əmələ gəlməsi ehtimalının sıfır olduğundan xəbərsiz olan insanlara bu nağılı təkrar etmiş və bir növ sehr təsiri əmələ gətirərək onları aldatmışdır. “Saysız-hesabsız ara fosil var” yalanını müdafiə edən darvinist elm adamları fosillərdən xəbəri belə olmayan insanlara elə təlqin ediblər ki, insanlar illərlə saysız-hesabsız fosillə təkamülün dəstəkləndiyini zənn etmişdir. Habelə, insanlar bu qəribə təlqinin təsiri altına düşərək meymundan əmələ gəldiklərinə inanmış, məktəblərdə bunu oxumuş, əcdadlarının qəribə görünüşlü, tüklü, meymunabənzər canlılar olduğunu hesab etmişlər. Bunun ən əsas səbəblərindən biri budur: darvinizm yalanının ifşa edilməsinə qədər insanlar “elm adamı doğru danışar”, “biz elmi məsələləri başa düşə bilmərik, elm adamları nə desələr, ona inanmaq lazımdır” fikri ilə səhv hərəkət etmiş, hətta sanki onların dediklərinə iman gətirmiş və batil inanc sistemi qurmuşlar. Əmələ gətirdikləri sistem bu səhv təməl üzərində qurulduğuna görə, təkamülün əsassızlığı mübahisəyə belə yaramayan vəziyyətə gəlmişdir.
Bu mühüm və heyrətləndirici həqiqətdir: darvinist elm adamları Darvindən bəri insanları aldadırlar. “Elm adamı doğru danışar, dedikləri barədə mübahisə etmək olmaz” fikrinə əsaslanan bu sistem insanları yalana inanmağa, hətta bütün həyatlarını bu yalana görə yaşamağa istiqamətləndirmişdir. Elə böyük oyun oynanılmışdır ki, elmi həqiqətlər insanlardan gizlədilmiş, əvəzində yalan və saxta məlumatlar istifadə edilmiş, əldə edilən faktlar təhrif olunaraq təkamül yalanına tətbiq edilməyə çalışılmışdır. Əgər faktlar təkamül yalanına uyğun deyilsə, ya gizlədilmiş, ya da məhv edilmişdir. İnsanlar illər boyu açıq şəkildə və amansızlıqla aldadılmış, darvinist elm adamlarından əldə etdikləri biliklərin doğru olduğunu zənn etmişlər.
Darvinizmin əsasında materialist fəlsəfəyə olan qeyd-şərtsiz bağlılıq var. Materializm həyatın mənşəyinə və kainatın mövcudluğunun məqsədinə dair maddədən başqa bütün açıqlamaları heç bir elmi fakta əsaslanmadan ağılsızlıqla rədd etdiyinə və təkamül nəzəriyyəsi də canlıların yaranmasına saxta izah verdiyinə görə materializm və Darvinizm arasında köklü əlaqə var. Darvinist elm adamları, eyni zamanda, materialistdir və darvinizmə verilən dəstək, əslində, materializmin yaşadılması cəhdidir. Elə bu səbəbdən, darvinistlərin fikrincə təkamül nəzəriyyəsi nəyin bahasına olsa da, müdafiə edilməlidir. Əgər təkamül kifayət qədər müdafiə edilməsə, təkamülün yalanları bütün imkanlardan istifadə edilərək ört-basdır edilməsə, darvinizmə qarşı olanlar təzyiq və hədə-qorxu yolu ilə susdurulmasa, darvinizmin əsassızlığını üzə çıxaran elmi dəlillər qəsdən gizlədilməsə, tək və mütləq həqiqət olan “bütün varlıqları Allah`ın yaratması həqiqəti” bəşəriyyətə hakim olacaq və materializm məhv olacaqdır. Elə darvinistlərin illərdən bəri təkamül yalanını yüksək səslə və təkidlə müdafiə etmələrinin səbəbi budur. Conatan Uels bu mövzu ilə bağlı belə şərh verir:
... Darvinizmi doğru kimi göstərən şey sübut deyil, materialist fəlsəfədir. 1997-ci ildə Harvard genetiklərindən Riçard C. Levontin özünün və Karl Seyqanın bir dəfə darvinizmi bir debatda necə müdafiə etdiyini danışmışdı: “Uydurmalarının bəzi aşkar cəfəngiyatlarına baxmayaraq, elmin tərəfini tutduq... Çünki zəruri məsuliyyət daşıyırdıq, materializm üçün daşıdığımız məsuliyyət”.117
Diqqət edilsə, Levontinin sözlərindən darvinizmə düşkünlüyü bəlli olur. Levontin elmin tərəfində olduqları üçün təkamülü müdafiə etməyə məcbur olduqlarını iddia edir. Lakin səmimi şəkildə elmi tapıntılar dəyərləndirildikdə elmin tərəfində olan bir insanın Darvinizmi müdafiə etməsi mümkün deyil. Darvinistlər həmişə olduğu kimi “elm = darvinizm” yalanı və ehkamı ilə hərəkət edir, etdikləri açıqlamalarla da insanların şüuraltına bu yalanı yeridirlər.
Darvinistlər bu yalanın həmişə davam edəcəyini düşünmüşdülər. Amma hal-hazırkı vəziyyət düşündükləri və gözlədikləri kimi deyil. Materialist fəlsəfə çökür. Darvinistlərin oyunları bir-bir üzə çıxmışdır. İnsanlar necə bir yalana, saxta bir dinə kor-koranə iman gətirməyə məcbur edildiklərini anlamağa başlayıblar.
İsveçli embrioloq Soren Lovtrup darvinizm yalanını bu sözlərlə dilə gətirmişdir:
İnanıram ki, bir gün Darvin mifi elm tarixindəki ən böyük yalan kimi yer tutacaq. Bu olduqda isə bir çox insan bu sualı verəcək: “Belə bir şey necə baş verdi?”118
İnsanlar, həqiqətən də dövrümüzdə darvinistlər tərəfindən aldadıldıqlarının şokunu yaşayırlar. Dünya səviyyəsindəki bir oyunun hissəsinə çevrildiklərini gün keçdikcə daha çox dərk edirlər. Yaxın gələcəkdə batil darvinizm dininin əsl üzü bütün dünya tərəfindən tamamilə başa düşüləcək və insanlar, həqiqətən də aldadıldıqlarını təəccüblə qarşılayacaqlar. Bir yalandan xilas olmalarının ardınca darvinizmin ləkələdiyi ağıl və vicdanları təmizlənəcək və hər şeyin Allah`ın möhtəşəm əsərləri olduğunu qavrayacaqlar. Dəccaliyyət fikrən tam mənada məhv ediləcəkdir. Allah ayələrində belə buyurur:
Göylərin və yerin mülkü Allah`a məxsusdur. Allah hər şeyə qadirdir! Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. (Ali-İmran surəsi, 189-190)
Bəs dəccali sistem olan masonluğun çirkin oyunu darvinizmin 1.5 əsr insanları aldadan hiyləgər üsulları nədir? Darvinistlər hiyləgərliklə, ittifaq halında necə saxta sistemlə insanlara yetişmiş və yalanı həqiqət kimi göstərmişlər: dəccalın sehri insanlar üzərində necə bu qədər təsirli ola bilmişdir? Bu sehri təsirli edən saxta darvinist taktikalardan bəziləri bunlardır:
1. Darvinizm və materializm bütün canlıları ibtidai göstərməyə çalışır
Darvinizm sehri insanların düşünməsinə mane olmaq üzərində qurulmuşdur. Darvinistlər elə bu səbəbdən tez-tez əyani və səsli təlqinlə xitab etdikləri insanların başını qatmağa çalışırlar. Onların üzərində sanki bir sehr təsiri əmələ gətirərək insanları həqiqətlərdən uzaqlaşdırmağa cəhd göstərirlər. Darvinizmin bu tez-tez baş verən sehrli təlqinləri nəticəsində bir çox insan düşünməkdən, tədqiq etməkdən, araşdırmaqdan əl çəkir və onlara təqdim edilən “elmi” açıqlamalara istər-istəməz təslim olurlar.
Lakin maraqlısı budur ki, insanların başını qatan və düşünməsinə mane olan bərbəzəkli təlqinlərin kökündə, əslində, bəsit və ağıldan kənar məntiq var. Darvinist KİV-lər bir hüceyrənin əmələ gəlməsini saysız-hesabsız elmi və texniki termindən istifadə edərək yüzlərlə səhifədə izah edə bilərlər. Lakin izah etmək istədiklərinin xülasəsi budur: palçıqlı su + təsadüflər + zaman = canlılar! Bərbəzəkli sözlər, çətin başa düşülən latınca adlar, texniki cəhətdən mürəkkəb terminlər darvinist təlqin vermək üçün KİV-lərə qəsdən daxil edilir. Lakin darvinist izahların ardında mürəkkəb, kompleks, çətin başa düşülən məntiq və ya açıqlama əsla yoxdur.
PBS Nova TV kanalının “The Miracles of Life” (Həyatın möcüzələri) sənədli filmindən bir hissə bu mövzuya misaldır:
4.5 milyard il əvvəl yeni əmələ gələn Yer kosmik toz və zərrəciklər yığınından ibarət idi. Əvvəlcə, mövcud olan dənizlərlə demək olar ki, tamamilə örtülmüşdü. Güclü küləklər atmosferdən təsadüfi molekulları topladı. Bunların bəziləri dənizlərdə toplandı. Cərəyanlar və axınlar molekulları birləşdirdi və bu qədim okeanın bir hissəsində həyat möcüzəsi baş verdi... İbtidai həyatın ilk mürəkkəb canlısı kiçik bir protozoan idi (tək hüceyrəli heyvan). Milyonlarla protozoan qədim dənizlərdə birləşdilər. Bu ilk orqanizmlər dəniz suyundan ibarət dünyalarında öz-özlərinə kifayət edirdilər. Sudan ibarət bu mühitdə bakteriya və digər orqanizmlərlə qidalanaraq hərəkət edirdilər... Bu tək hüceyrəli canlılardan yer üzündəki canlılar təkamüllə əmələ gəldi.119
Bu qəribə açıqlamaları izləyən bir çox insan hüceyrəni əmələ gətirən bir zülalın təsadüfən əmələgəlmə ehtimalının 10950–də 1, yəni qeyri-mümkün olduğunu, şübhəsiz, bilmirdi. Bu insanlar yəqin ki, üstündə yaşadığımız möhtəşəm müvazinət və ideallığa malik planetdə nizama təsir edəcək hər hansı dəyişikliyin və ya formanın təsadüfən əmələgəlmə ehtimalının 101000 –dən daha çox olduğunu, yəni nə qədər zaman verilsə də, əsla belə bir dəyişikliyin baş verməsinin mümkün olmadığını da bilmirlər.120 Eyni tamaşaçı yəqin ki, haqqında bəhs edilən həyat möcüzəsinin əmələ gəlməsi üçün daha böyük ehtimalların baş verməli olduğunu və bunun qeyri-mümkünlüyünün daha çox olduğunu da bilmir. Bu fantastik ssenarini izləmək və ona inanmaq mövzu haqqında məlumatı olmayan insanlar üçün çox da çətin deyil.
Bu PBS sənədli filmində Yerin əmələ gəlməsi, ilk hüceyrənin meydana gəlməsi haqqında fantastik hekayə və bu xəyali ilk hüceyrənin başlanğıc verdiyi canlı müxtəlifliyi o qədər sadə hadisə kimi izah edilir ki, bütün bunlar mövzu haqqında çox düşünmək istəməyən bir insanı inandırmağa kifayətdir. Bu şəxsin qarşısına hazır məlumat qoyulmuşdur. Bu insan nə də olsa
- bir zülalın təsadüfən əmələ gəlməsinin mümkün olmadığını,
- bunun ardınca da ikinci, üçüncü, dördüncü, nəhayət bir
milyonuncu zülalın da eynilə qeyri-mümkün təsadüfi əmələgəlmə ehtimalının olmadığını,
- qeyri-mümkün olmasına baxmayaraq, təsadüfən əmələ gəldiyini fərz etsək belə, dünyanın bir tərəfində fantastik şəkildə əmələ gələn ilk zülalın dünyanın digər tərəfində fantastik şəkildə əmələ gələn ikinci zülal ilə birləşməsinin də eynilə qeyri-mümkün olduğunu bilmir.
Bu mərhələyə qədər hər şeyin çox sadə baş verdiyini zənn edən bu şəxs
- ehtimal hesablarına əsasən, təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan hüceyrə orqanoidlərinin meydana gəlməsini,
- bu möcüzəvi şəkildə ortaya çıxmış orqanoidlərin hüceyrə əmələ gələn qədər məhv olmadan birlikdə qalmalarını,
- ardınca mükəmməl seçici-keçirici qılafı və qeyri-adi sistemi ilə laboratoriyalarda elm adamlarının təcrübələrində belə əmələ gətirilə bilməyən, elm adamları tərəfindən bir qalaktikadan daha mürəkkəb kimi tərif edilən hüceyrənin palçıqlı suyun içində fantastik şəkildə təsadüfən meydana gəlməsi nağılını müsbət qarşılayacaqdır.
Çünki bu tamaşaçının qarşısında ona təqdim edilən məlumatları düşünmədən asanlıqla qəbul edən bir şəxs üçün olduqca sadə açıqlama var. Həm də bu açıqlamanı bir elm adamı tanınmış sənədli film kanalında verir. Artıq onun verilən məlumatı mühakimə etməsinə, tədqiq edib araşdırmasına, zülalın möcüzəvi sistemi üzərində düşünməsinə ehtiyac yoxdur. Bu sənədli filmi izləyən insana hüceyrənin sadəcə adi qovuqcuq olduğunu təlqin edirlər. Bu elmdən kənar bəsit məntiqə əsasən, uzun müddət açıq qalmış bir az meyvə şirəsinin üzərində necə kif əmələ gəlirsə, sözügedən tamaşaçıya da hüceyrənin palçıqlı suyun içində qeyri-mümkün əmələ gəlməsinin də sadə və mümkün olması təsəvvürü verməyə çalışılır. Lakin kif tək hüceyrəli canlıdır və meyvə şirəsinin üzərində kənardan gələn bir hüceyrənin çoxalması nəticəsində əmələ gəlir. Ona görə, onlar da meyvə şirəsinin üzərində öz-özlərinə kor təsadüflər nəticəsində yoxdan var olmurlar. Yeri gəlmişkən, sözügedən sənədli filmdə xəyali ilk hüceyrənin əmələ gəlməsi ilə bərabər Yerin əmələ gəlməsi, ilkin atmosferin əmələ gələn ilk hüceyrəni dərhal məhv etmə gücü, protozoanların çoxhüceyrəli canlılara necə çevrildiyi və hal-hazırda bakteriyalar var ikən protozoanın bu fantastik ibtidai həyatın necə “ilk canlıları” olması kimi həyati əhəmiyyət daşıyan məsələləri açıqlamağa darvinistlər ehtiyac hiss etmirlər. Bunlar bu elmdən kənar sadə açıqlama çərçivəsində onsuz da “əsas” məsələlər kimi qəbul edilir. Lakin bu təfərrüatların hər biri təkamül nəzəriyyəsi məntiqi ilə elmi cəhətdən açıqlanması əsla mümkün olmayan məsələlərdir və darvinizmi məhv edən əsas məsələ olan həyatın mənşəyi məsələsidir. Növlərin necə əmələ gəldiyi, meymunabənzər xəyali varlıqların insana necə çevrildiyi haqqında kitablar dolusu nağıl danışan darvinistlər hələ həyatın mənşəyi sualına cavab verə bilmir.
İnsanların bir qismi təfərrüata varmadan, doğru olanı araşdırmadan sadəcə eşitdiklərini qəbul etməyə meyllidir. Darvinistlər də sözügedən insanların bu zəif cəhətindən istifadə edirlər. İnsanların böyük əksəriyyəti darvinistlərin bu aldadıcı tələsinə düşərək onlara məntiqli görünməsə də, elmi dəlil görməsələr də, dərhal darvinizmi qəbul etməyə meyil edirlər. Buna görə, darvinistlərin bəsit və qeyri-mümkün açıqlamaları 150 ildən bəri müəyyən kütlə üzərində məqsədinə çatmış və insanlar aldadılmışdır.
Bu məsələyə başqa misal isə uşaqlar üçün yazılmış “Wonderful Egg” (Qəribə yumurta) kitabındakı izahlardır. Kitabda olduqca məntiqsiz ssenarili bir hekayə danışılır. Ana dinozavr yumurtlayır və təəccüblü şəkildə yumurtanın içindən ilk quş çıxır. Dinozavr anadan doğulan quş zaman ərzində inkişaf edir, böyüyür və möcüzəvi şəkildə mükəmməl qanadlara və tüklərə malik olur. Sonra uzun bir ağacın budaqlarına doğru sevinclə uçmağa başlayır. Burada maraqlı olan və bəlkə də hadisənin darvinistlər üçün ən faciəvi tərəfi bu heyrətli cəfəngiyatı danışan kitabın Amerika Elmi İnkişaf Assosiasiyası (American Association for the Advancement of Science), Amerika Təhsil Şurası (American Council on Education) və Beynəlxalq Uşaq Maarifləndirmə Assosiasiyası (Association for Childhood Education International) tərəfindən dəstəklənməsi və tövsiyə edilməsidir.121
Sözügedən KİV-lər belə iddialarla ortaya çıxaraq və ya bunu dəstəkləyərək çox alçalırlar. Əlbəttə, bir sürünən yumurtasından tamamilə fərqli anatomik quruluşa, uçma qabiliyyətinə, buna uyğun üzvlərə, tük, qanad, istiqanlılıq, xüsusi ağciyər sistemi kimi tamamilə fərqli fizioloji formalara malik olan bir quşun çıxmayacağını ibtidai sinif şagirdi belə yaxşı bilir. Lakin buna baxmayaraq, darvinist ideologiyanın tərəfdarları gülünc vəziyyətə düşəcəklərini bildikləri halda, bu məntiqsiz iddianı müdafiə etməkdən çəkinmirlər.
Elmi redaktor darvinist Qordon Rattri Taylorun bununla bağlı etirafı darvinizmin təqdim etdiyi bəsit məntiqin yanlışlığını ən doğru şəkildə açıqlayır:
Təkamül tarixi bu cür dəyişikliklərlə doludur, hətta ancaq bunlardan ibarət olduğunu da deyə bilərik. Pulcuqlar tüklərə çevrilir. Ayaqlar qanad olur. Mədələr hava kisələrinə çevrilir. Hətta biokimyəvi proseslər səviyyəsində dəyişikliklər və nizamlamalar meydana gəlir. Darvinizmin bu möcüzələr haqqında deyəcəyi tək şey isə bütün bunların təsadüf əsəri olmasıdır.122
Missouri Universitetindən doktor Nikolas Komninellisin kitabında yer verdiyi bir qəzet məqaləsində isə bu açıqlanır:
Təkamül nəzəriyyəsi böyüklər üçün sehrli nağıldır. Bu nəzəriyyə elmin inkişafına heç bir töhfə verməmişdir. İşə yaramayan bir nəzəriyyədir.123
Saxtakarlıqlara səs çıxarmayan
darvinist elm adamları
Darvinizm sehrinin insanlar üzərində təsirli olması üçün darvinist elm adamları arasında təkmilləşdirilən ittifaq da çox diqqətçəkəndir. Bir neçə batıq səsdən başqa demək olar ki, heç kim təkamül nəzəriyyəsini müdafiə etmək məqsədilə təkmilləşdirilən, elmlə əlaqəsi olmayan, uşaqsayağı, məntiqsiz və əsassız açıqlamalara səs çıxarmır.
Ancaq bəzən təkamülçü iddialar darvinist elm adamları üçün belə o qədər böyük və açıq-aşkar rüsvayedicidir ki, ətrafdakıların təzyiqindən çəkinərək özlərində bunlara etiraz etmək məcburiyyəti hiss edirlər. Məsələn, Darvinin özünün Şimali Amerikada qara ayının ağzını böyük açaraq sudakı həşəratları tutması nəticəsində balinaya çevrildiyi və ya çırpılan üzgəclərin köməyi ilə yuxarı qalxan, fırlanan, havada süzən balığın mükəmməl qanadları olan heyvanlara çevrilməsi iddiaları hələ də bəzi mühafizəkar darvinistlər tərəfindən müdafiə edilməsinə baxmayaraq, bir çox darvinist tərəfindən rüsvayçılıq kimi qəbul edilir.124 Nəhayət, 2009-cu ildə “insanın (xəyali) təkamülünün ən böyük dəlili”, “tapıla bilməyən itmiş halqa” adı altında qəzet başlıqlarında həftələrlə dərc edilən, haqqında darvinistlər üçün rüsvayedici təbliğat həyata keçirən lemur fosili İda da bəzi darvinist elm adamları tərəfindən o cür qarşılanmışdır. Darvinist elm adamlarından bəziləri bunu sirk, bəziləri təlxəklik adlandırmış, bəziləri də itmiş halqa iddiası ilə heç əlaqəsi olmayan bu fosillə bağlı hay-küyə görə nə qədər utandıqlarını açıq şəkildə ifadə etmişdir.125
Lakin yenə də bu rüsvayçılığı anlayan darvinistlərin də reaksiyası azdır. Çünki öz ideologiyalarına əsasən, darvinizmin bəsit dünyasını – məntiqsiz də olsa – sonuna qədər müdafiə etmək məcburiyyətindədirlər. Təkamül Darvinin fikrincə havada uçan balıq kimi elmi cəhətdən əsaslılığı olmayan varlıqları törətmişdir. Onun yolunu təqib edən darvinistlər də özlərini eyni fikri müdafiə etmək məcburiyyətində hiss edirlər.
Bristol Universiteti qeyri-üzvi kimya fakültəsindən D.T. Rosevear darvinizmin bu bəsit məntiqini və elm adamlarının göz görə-görə bu oyuna düşdüklərini bu sözlərlə ifadə edir:
Təkamül heç bir dəlilə əsaslanmayan bir hipotezdir və həqiqətlərə uyğun deyil. Bu klassik təkamül nəzəriyyələri həddindən artıq mürəkkəb və dolayı həqiqət yığınının olduqca bəsitləşdirir və bunun uzun zamandır bircə etiraz mızıltısı belə gəlmədən, olduqca çoxlu sayda elm adamı tərəfindən tənqid edilmədən və etirazsız şəkildə qəbul edilməsini heyrətlə qarşılayıram.126
Darvinistlər canlılara istədikləri qədər öz ağıllarına görə bəsitliyi yaraşdırmağa çalışsalar da, canlı aləminin qeyri-adi və heyrətamiz kompleksliyə malik olması onların da inkar edə bilmədikləri açıq həqiqətdir. Dünyada bir-birindən fərqli milyonlarla heyvan və bitki növü var. Onların hər birinin malik olduğu ən kiçik forma belə qeyri-adi mürəkkəbliyə malikdir. Dövrümüzdə canlıların malik olduqları forma və orqanların funksiyalarını bir azca da olsa anlamaq, laboratoriyalarda bunu tədqiq edib kəşf etmək uğur hesab edilir. Ağıllı varlıq olan insan öz hüceyrəsinin nəyə bənzədiyini ancaq keçən əsrdə ancaq ümumi cəhətdən öyrənə bilmişdir. Həm də nəinki bu hüceyrəni, bu hüceyrənin yüz minlərlə zülalından birini belə hələ əmələ gətirə bilməmişdir. Darvinistlər tərəfindən ən “ibtidai” canlı kimi tərif edilən bakteriya malik olduğu orqanoidləri, DNT və hüceyrə qılafı, antibiotiklərə qarşı möhtəşəm müqavimət bacarığı və üstün xüsusiyyətləri ilə fövqəltəbii komplekslik nümunəsidir. İngilis zooloqu Sir Ceyms Qreyin ifadəsi ilə, bir bakteriya bir laboratoriya fəaliyyətlərindən daha çoxunu həyata keçirir.127 Təkamülçü Ceyms A. Şapiro isə bakteriyanın malik olduğu bu xüsusiyyətlərinə görə son dərəcə mürəkkəb canlı olduğunu bu şəkildə etiraf edir:
Bakteriyalar çox kiçik olmalarına baxmayaraq, elmi tərifin fövqündə duran biokimyəvi, struktural və davranış xarakterli komplekslik nümayiş etdirir. Dövrümüzün mikroelektronika inqilabına uyğun olaraq bakteriyaları ibtidaidən daha çox kompleks canlı olduğunu hesab etmək daha məntiqli olar... Bakteriyalarsız yer üzündə həyat hal-hazırkı şəkildə mövcud olmazdı.128
Bu təqdirdə, canlılara “ibtidai” tərifini vermək, şübhəsiz ki, mümkün deyil. Canlı orqanizmi üstün Yaradan, bütün varlıqlara hakim olan Azim bir Gücün varlığını və üstünlüyünü göstərir. O Yaradan varlıqlara can verən, onların hər vəziyyətini bilən, hər şeyi yoxdan yaradan, yaradanların ən gözəli olan Allah`dır. Allah`ın bənzərsiz yaratması Rəbbimizin yalnız “Ol” əmri ilə baş verir. Allah üçün ən möhtəşəm varlıqları istədiyi anda istədiyi formada yaratmaq, şübhəsiz ki, çox asandır. O, hər şeyin sahibidir, hər şeyə hökm edəndir. Rəbbimiz ayələrində belə buyurur:
Göylərin və yerin mülkü Onundur. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir! Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! Göylərin və yerin hökmü Onun əlindədir. (Bütün) işlər (axırda) ancaq Allah`a tərəf qayıdacaqdır! (Hədid surəsi. 2-5)
2.Darvinistlər təsadüfləri möcüzələr həyata keçirən saxta ilah kimi göstərməyə çalışırlar (Allah`ı tənzih edirik)
Təsadüflər darvinistlərin hər şeyi həyata keçirən, sanki möcüzə meydana gətirən saxta ilahıdır. Darvinistlərin bəsit dünyasına görə, zaman və təsadüflər birlikdə fantastik şəkildə hər şeyi meydana gətirə bilərlər. Bu ağılsız inanca görə, təsadüflər insanların bacarmadıqlarını bacarır, laboratoriyadan və elm adamlarından daha üstün bilik, bacarıq və texniki imkana malik olurlar. Darvinizmə görə, təsadüflər hər şeyi mükəmməl komplekslikdə və qüsursuz şəkildə meydana gətirən xətasız mütəxəssislərdir. Darvinistlərin həyata dair açıqlamalarının ardındakı xəyali qəhrəman darvinist nağıllara görə daima şüursuz təsadüflər olmuşdur.
Darvinistlər üçün bunu insanlara qəbul etdirməyin də müxtəlif üsulları var. Əlbəttə, ağlı başında olan heç kim bir sürünənin anatomiyasının tamamilə dəyişərək mükəmməl görünüşlü, süzərək uçan quşa çevrildiyinə normal şərtlər daxilində inanmaz. İnsanları bu cür məntiqə zidd hekayəyə inandırmaq üçün bir cür sehr sistemi qurulmalıdır. Elə bu səbəbdən, darvinistlər tərəfindən təsadüf bütünün fantastik bacarıqları müxtəlif elmi terminlər ehtiva edən nağıl şəklində insanlara təlqin edilir. Bu nağıla görə, bir canlı varlığın əmələ gəlməsindəki hər mərhələ kor təsadüflərin əsəridir və təsadüflər bunu möcüzələrlə həyata keçirmişdir. Bir darvinistdən: “İlk canlı hüceyrə necə əmələ gəldi?” - deyə soruşsanız, alacağınız cavab: “Bir palçıq yığını içində möcüzəvi şəkildə öz-özünə”, - olacaqdır. Gözün necə əmələ gəldiyini soruşsanız, “Möcüzə” cavabını alacaqsınız. “Qanadlar necə əmələ gəldi, quşlardakı mükəmməl tüklər necə əmələ gəldi?” - desəniz, “Bir gün bir yolla bir möcüzə oldu”, - məntiqi ilə izahlar verəcəkdir. Darvinistlərin ağıldan və elmdən kənar izahlarında bu xəyali prosesi istiqamətləndirən heç bir şüur, heç bir ağıl yoxdur. Lakin kainat son dərəcə həssas müvazinətlər üzərində qurulmuşdur. Yer üzü qüsursuz nizama malikdir. Bu nizamdakı ən kiçik pozulma bütün sistemin tamamilə məhv olması deməkdir. Hər bir canlı növü də olduqca mürəkkəb quruluşa və heyranedici xüsusiyyətlərə malikdir. Elə bütün bu incəliklərin hər biri üstün güc və qüdrət sahibi olan ağılın, yəni uca Allah`ın əsəridir.
Darvinist hekayələrdə isə bu mükəmməl müvazinət və heyranedici komplekslik görməzlikdən gəlinir. Elmi terminlərlə bəzədilib anlaşılmaz hala salınan təkamül hekayəsinin içindəki bütün bu cəfəngiyatlar sanki sehrləyirmiş kimi ehtiyatla və davamlı şəkildə təlqin edilir.
Teoloq R.C. Spraul bu məsələ ilə bağlı bunları demişdir:
Elm adamları təsadüfə bir güc aid etdikdə fizika sahəsini sehrə tərk etmişdirlər. (Darvinistlərin fikrincə) təsadüf sadəcə dovşanları deyil, bütün kainatın yoxluqdan ortaya çıxmasını təmin edən sehrli çubuqdur.129
Darvinistlər nə qədər bu təlqini yaşatmağa çalışsalar da, əslində, möcüzə bəxş etdikləri güc ağılsız, şüursuz, kor təsadüflərdir. Təsadüflər ardında heç bir şüurlu amil olmadan, heç bir ağıllı, istiqamət verici, planlaşdırıcı güc olmadan meydana gələn hadisələrdir. Təsadüfən baş verən bir hadisənin sınama-yanılma yolu ilə ən doğrusunu tapa bilməsi, gələcəkdə meydana gələcək hadisələri təxmin edib buna əsasən tədbir görməsi, bir orqanın nəyə bənzəyəcəyini əvvəlcədən planlaşdırması, fədakarlıq, vəfa və sevgi göstərməyi bilməsi, şübhəsiz ki, mümkün deyil. Bir iynəni belə əmələ gətirə bilməyən xəyali bir gücün dünyadakı möhtəşəm canlı müxtəlifliyini meydana gətirdiyini iddia etmək ağıla, elmə və əlbəttə, sağlam fikrə ziddir.
Burada “bir iynəni belə əmələ gətirə bilməz” ifadəsi darvinist iddialara bir cavab olaraq və bu iddiaların qeyri-mümkünlüyünü vurğulamaq üçün işlədilmişdir. Əslində, təsadüflərin hər hansı bir şey əmələ gəldiyini iddia etmək ciddi məntiq pozuntusuna və ağılsızlığa işarədir. Lakin darvinistlər bu anormal məntiqdən istifadə edərək bütün dünyanı aldada bilmişlər. Darvinistlərin qəribə məntiqlərinə əsasən, kifayət qədər vaxt verildikdə təsadüflərin edə bilmədiyi şey yoxdur.
Nobel mükafatına layiq görülmüş təkamülçü bioloq Corc Valdın aşağıdakı sözləri darvinistlərin “təsadüf + zaman” formuluna sehrli formul kimi inandıqlarını açıq şəkildə ifadə edir:
Sadəcə gözlənilməlidir: zaman möcüzələr həyata keçirir. Çox zaman verildikdə qeyri-mümkün mümkün, mümkün ehtimal və ehtimal qeyri-real olaraq qətiləşər.130
Əlbəttə, bütün bu məntiqdən kənar açıqlamaların məqsədi darvinistlərin canlıların varlığına – öz ağıllarına görə - yaradılışdan kənar açıqlama gətirmə cəhdidir. Şübhəsiz, zamanla təsadüflərin birləşərək palçıq yığınından çiçəklər, pişiklər, balıqlar, quşlar, sürünənlər, insanlar meydana gətirdiyini qəbuledilməz olduğunu darvinistlər də bilir. Lakin onlar doğru açıqlamanı qəbul etmək əvəzinə məntiqsiz olanı məntiqli göstərməyə cəhd edirlər.
Göründüyü kimi, darvinistlərin bütün açıqlamaları yalana əsaslanır. Darvinistlərin bəzəkli sözlərini, latın dilindəki təriflərini, anlaşılmaz elmi terminlərini çıxardıqda yerdə “bütün canlılar təsadüfi hadisələr nəticəsində, şüursuz şəkildə, kor təsadüflərin birləşməsi ilə, heç bir nəzarət, heç bir tədbir, heç bir şüurlu müdaxilə olmadan təsadüfən əmələ gəldi” yalanı qalır. Elə darvinistlərin insanları inandırmağa çalışdığı yalan da budur.
Dövrümüzün ən coşqun darvinistlərindən biri olan ateist təkamül bioloqu R.Dokinzin aşağıdakı sözləri darvinist məntiqin nə qədər çıxılmaz vəziyyətdə olduğunu görmək üçün kifayətdir:
... Heyvanlar tələsik bir yerə toplanmış, keçmişdən gəlmiş, kobud şəkildə nizamlanaraq yöndəmsizləşmiş gülünc bədheybətlər olmalı idilər. Lakin qida ovlayan bir hepardın olduqca zərif hərəkətlərini, dağ qaranquşunun aerodinamik gözəlliyini və ya yarpaq görünüşlü həşəratın (kamuflyaj yolu ilə etdiyi) göz yanıldıcı incəliklərinə yönəltdiyimiz maraq dolu diqqətimizi bu ümidimizlə necə əlaqələndirə bilərik? 131
Allah dəccalı elə böyük tələyə salmışdır ki, son olaraq dəccal tərəfdarları öz ağıllarına görə Allah`a qarşı mübarizə aparmaq üçün təsadüf kimi məntiqsiz, ağılsız və ibtidai sinif şagirdlərini belə güldürən nağıla sığınmaq məcburiyyətində qalmışlar. Təsadüf elə batil və ağılsız iddiadır ki, həşəratların üstün qabiliyyətlərindən istifadə edərək texnoloji alətlər meydana gətirdiyini iddia etmək belə bununla müqayisədə daha məntiqli olar. Lakin dəccalın sehri bəzi insanları bu cəfəngiyata inandırmışdır. Bu cəfəngiyat məktəblərdə tədris edilir. Ancaq insanlar təsadüflərin məntiqsiz şəkildə ilahlaşdırıldığını və onlara bir yaradıcı vəsfi verildiyini (Allah`ı tənzih edirik) görüb anladıqca, dəccalın axırzamandakı ən böyük oyunu olan darvinizm yazıq hala düşmüşdür.
Allah ayələrində belə buyurur:
İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı? Axı Biz onları yapışqan bir palçıqdan yaratdıq. Bəli, sən (bu möhtəşəm yaratmaya və onların inkarına) təəccüblənirsən, onlar isə istehza edirlər. Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar. Bir möcüzə gördükdə isə ona istehza edərlər. Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir. Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız (dirildiləcəklərmi)?!” De: “Bəli, özü də zəlil olaraq (dirildiləcəksiniz). (Saffat surəsi, 11-18)
3. Darvinistlər təkamülün əsas müəmmalarını görməməzliyə vururlar
Darvinizm yalanı ilə bağlı bilinməli çox mühüm həqiqət var: darvinizm hələ həyatın mənşəyi məsələsinə, yəni canlıların ilk dəfə necə üzə çıxması sualına ağıllı və elmi açıqlama verə bilməmişdir. Darvinistlərin hər şeyin mənşəyi hesab etdikləri o xəyali ilk hüceyrənin, hətta onun ilk zülalının belə necə əmələ gəlməsi bəlli deyil. Təkamül nəzəriyyəsi necə əmələ gəldiyini izah edə bilmədiyi bircə zülal qarşısında tamamilə məhv olmuşdur.
Bu həqiqət bütün darvinistlərə məlumdur. Buna görə, oxuyacağınız hər darvinist KİV-də, izləyəcəyiniz hər darvinist verilişdə bu mövzu üstündən keçilməyə və unutdurulmağa çalışılır. Darvinizm təbliğatı aparan heç bir yerdə bir zülalın təsadüfən əmələgəlmə ehtimallarının qeyri-mümkün olması, elm tarixi boyu laboratoriyalarda həyata keçirilmiş saysız-hesabsız təcrübənin hüceyrənin bircə zülalını, bircə orqanoidini əmələ gətirə bilməməsi, hüceyrənin təsadüfən əmələ gəlməyəcək qədər mükəmməl və mürəkkəb kompleksliyə malik forma olduğunu öyrənmək mümkün deyil. Çünki bu həqiqətlər həyatın mənşəyinə dair elmdən kənar bəsit darvinist izahı yerlə bir edir. Təsadüflərin bir zülalın içindəki amin turşularını belə izah edə bilməməsi nəzərə alındıqda təkamül nəzəriyyəsinin xəyali “zaman + təsadüflər + palçıqlı su” formulu uşaq bağçaları üçün hazırlanmış nağıl kitabı başlıqlarını xatırladır.
Elmi yazıçı Hank Haneqraaf bir zülal molekulu ilə bağlı ehtimal hesablamalarını bu şəkildə şərh edir:
Bir zülal molekulunun təsadüfən nizamlanması ehtimalı dünyadakı bütün atomlardan istifadə edərək və dünyanın başlanğıcından etibarən keçən bütün vaxt sərf edilərək 10161-də 1-ə bərabərdir... Ən kiçik nəzəri həyat üçün lazım olan 239 zülal molekulunun ən kiçik ölçüdə zəncir əmələ gətirməsi ehtimalı 101119.879 –da birdir. Bu təxmini zülal zəncirini əldə edə bilmək üçün 10119.841 il keçməlidir. Bu, Yerin fərz edilən yaşından 10199,831 dəfə çoxdur və 1-in yanına 119.831 sıfır əlavə edilməsi ilə ifadə edilir. 132
Haneqraaf sözünə belə davam edir:
Əgər bircə zülal molekulu əmələ gəlsə də, ikincisinin əmələ gəlməsi həddindən artıq çətin olacaqdır. Gördüyümüz kimi, statistik ehtimallar qəti şəkildə göstərmişdir ki, təsadüfi proseslərlə zülal molekulunun əmələ gəlməsi nəinki ehtimaldan kənardır, hətta qeyri-mümkündür. 133
Bütün bunların həyata keçdiyini, darvinizmin sehrli formulunun işə yaradığını və xəyali ilk hüceyrənin əmələ gəldiyini fərz etsək belə (bu elmi cəhətdən mümkün deyil), darvinistlər yenə çox böyük müəmmalarla qarşı-qarşıyadırlar. Darvinistlərin bir hüceyrənin orqanoidlərinin hər birinin funksiyalarını, bir hormonun orqanizmdəki funksiyaları, qaraciyər, dalaq, mədə, ağciyər, beyin kimi kompleks orqanların əmələ gəlməsini və fəaliyyətini, həm də iddia etdikləri kimi, bütün bunların başqa canlılardan təkamül yolu ilə qüsursuz və mükəmməl şəkildə möcüzə ilə əmələ gəlməsini açıqlamalıdırlar. Lakin darvinistlər gözlənildiyi kimi izahı qeyri-mümkün olan bu mövzuların yanına belə yaxınlaşmırlar.
Çünki ən kiçiyindən ən böyüyünə qədər canlıların hamısındakı möhtəşəm kompleksliyi saxta darvinist mexanizmlərlə açıqlamaq mümkün deyil. Bütün darvinistlər, əslində, yer üzündə, göy üzündə, bütün canlıların və insanın yaradılışında açıq-aydın möcüzə olduğunu bilirlər. Döllənmiş bir hüceyrənin bölünərək 100 trilyon hüceyrədən ibarət mükəmməl insan bədənini əmələ gətirməsini, bunların 30 trilyonunun insan beynini əmələ gətirmək üçün xüsusilə birləşib ayrılmasını, onların içində 120 trilyon rabitə quran 12 milyard beyin hüceyrəsinin mükəmməl şəkildə işləməyə başlamasını və bütün bunların nəticəsində ortaya düşünən, varlığının şüurunda olan mükəmməl canlının çıxmasını darvinist yalan üsulları ilə açıqlaya bilməyəcəklərini özləri də bilirlər.
Elm yazıçı və jurnalist Fred Hiren darvinistlərin də gözlərinin qarşısında olan bu həqiqəti aşağıdakı sözlərlə açıqlayır:
Açıq-aşkar olan bu həqiqət olduqca başa düşüləndir. Məntiqli çıxarış budur: gördüyümüz hər şey çox böyük, fövqəltəbii səbəb tələb edən nəticədir. Günəş və ulduzlar, Ay və Yer bəzi şeylərdən öz-özünə əmələ gəlməyiblər. Bu məntiqsizdir – yalnız qərb məntiqi deyil, bütün insan məntiqi baxımından məntiqsizdir. Kainatdakı hər hadisə buna səbəb olan şey ilə əlaqədar şəkildə izah edilə bilər. Amma sözügedən hadisə kainatın özünün necə əmələ gəlməsi olduqda, bunun kainatın içində açıqlaması yoxdur. Burada artıq təbiətə aid bir açıqlama yoxdur. 134
Şübhəsiz, bütün kainata, yerə və göyə, bütün canlı varlıqlara hakim olan, onların hamısını yaradan Allah`dır. Allah bir hüceyrədə yaratdığı möhtəşəm aləm içində elə mürəkkəb nizam var etmişdir ki, bunun nəinki təsadüflərlə, insan bacarığı, qabiliyyəti və ağlı ilə açıqlanması qeyri-mümkündür.
Elə darvinizmin ən böyük müəmmalarında birini bu həqiqət təşkil edir. Darvinistlər bir məsələyə dair izah verə bilmədikdə, adətən, boyun qaçırma siyasətindən istifadə edirlər. Təkamül nəzəriyyəsinin saxta mexanizmlərini sadalayır, lakin onların təkamülü necə meydana gətirdiyinə dair heç bir elmi açıqlama vermirlər. Təkamül nəzəriyyəsi öz açıqlamaları içində boğulmuşdur, lakin oxucuya bunu hiss etdirməməyə çalışırlar. Ancaq təkamülçü bioloq, ateist Riçard Dokinzin aşağıdakı etiraflarından da başa düşüldüyü kimi, təkamülün əsas müəmmaları darvinistlərə çox yaxşı məlumdur:
Təbiət çatışmazlıq əmələ gətirmələrinə baxmayaraq, bir sıra mutasiyanı birləşdirərək bir canlı nəsli üçün ən ideal inkişafa aparan yolu müəyyən etmə qabiliyyətinə malik deyil. 135
Qurudan dənizə keçən bir nəslin hərəkət sistemində olduğu kimi, tənəffüs sistemində də dəyişikliklərə ehtiyacı olacağı yəqindir, lakin bunların arasında əlaqə olduğunu düşünmək üçün əsaslı bir səbəb yoxdur. Yerimə üzvlərini üzgəclərə çevirən proses nə üçün oksigen qəbul etməsi üçün ağciyərlərin funksionallığını artıran proseslərlə əlaqədar olmalıdır? Əlbəttə, eyni anda adaptasiyanı həyata keçirən bu proseslərin embrioloji mexanizmlərin təsadüfi nəticəsi kimi əlaqədar hala gəlməsi ehtimalı var, ancaq bu əlaqənin mənfi əvəzinə müsbət nəticə verməsi o qədər də mümkün deyil. 136
Dövrümüzün ən tanınmış ateistlərindən olan R.Dokinz belə cidd-cəhdlə müdafiə etdiyi təkamülün heç bir mexanizminin təkamülə dəlil olmadığını açıq şəkildə etiraf edir. Dokinz bu sözləri ilə mutasiyaların heç bir faydalı nəticə verməyəcəyini və bir canlının sudan quruya keçidi üçün lazım olan çevrilmələrin qeyri-mümkün olduğunu ifadə etməyə məcbur olmuşdur. Dokinzin bu etirafları elmi cəhətdən heç bir dəlili olmayan batil darvinizm dininin kor-koranə necə müdafiə edildiyini təsdiqləyir.
Dokinz kitabında, eyni zamanda, Nobel mükafatına layiq görülmüş immunoloq Prof. Sir Piter Medavardan da mövzu ilə bağlı sitat gətirmişdir:
“... Əlimizdə təkamül xarakterli inkişaf ilə bağlı inandırıcı tərif yoxdur...” 137
Əsas müəmmaların görməməzliyə vurulması, əlbəttə, mövzu haqqında məlumatı olmayan insanlara təsir edir. Lakin insanlar təkamül nəzəriyyəsi haqqında məlumatlandıqca haqqında bəhs edilməyən bəzi həqiqətlər, ört-basdır edilməyə çalışılan əsas mövzularla bağlı suallar verməyə başlayacaqlar. Bu gün bəzi ölkələrin məktəblərində, ABŞ-ın müxtəlif ştatlarında və Avropada baş verən vəziyyət budur. Şagirdlər kor-koranə təhsil almağı rədd edir, bu əsas müəmmalar məsələsində müəllimləri ilə mübahisə etməkdən belə çəkinmirlər. Dəccalın insanları aldatdığı dövr sona çatmışdır. Darvinizmin əsas müəmmaları insanların diqqətini çəkir, bütün bunların izahını gözləyirlər. Darvinistlərin bu məsələ ilə bağlı uzun davam edən səssizliyi darvinizm tərəfdarlarını belə şübhəyə salmış, insanlar darvinizmdən kənar izah axtarmağa başlamışdır. Əlbəttə, darvinizm sehrindən xilas olan hər insan ağıl və şüur nümayiş etdirən, möhtəşəm kompleksliyə malik canlıların yaradıldığını açıq şəkildə görür.
Darvinizm çıxılmaz vəziyyətdədir, çünki canlılar təkamül keçirməmiş, yaradılmışdır. İnsanlar artıq bunu açıq şəkildə görür, ağılları və vicdanları ilə bu həqiqəti qəbul edirlər. Allah qüdrəti ilə hər şeyə qadir olduğunu və darvinizmin saxta tanrılarının heç bir gücünün olmadığını ayələrində belə bildirir:
Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allah`dan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! Allah`ı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Həcc surəsi, 73-74)
4. Darvinistlər ara fosil olduğunu təlqin edirlər
150 il boyu yalanı doğru kimi göstərməyi qarşısına məqsəd qoymuş, təkamül nəzəriyyəsinin saysız-hesabsız saxtakarlığını həqiqət kimi insanlara təqdim etmiş, saxta fosilləri uzun illər nümayiş etdirmiş və bu yalanı məktəb tədris planına daxil edib həqiqət kimi oxutmuş darvinistlər üçün darvinizmin ara fosillərlə dəstəklənməsi kimi yalana da insanları inandırmaq çətin deyil. Darvindən bəri davam edən bu yalan şəxsən Darvinin sonradan ara fosillərin tapılacağına dair boş vədləri ilə başlamışdır. Əslində, Darvin dövrümüzdən 150 il əvvəl bunu demişdi və sözü doğru çıxmışdır.
Əgər, həqiqətən, növlər digər növlərdən yavaş inkişafla törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formasına rast gəlmirik? Nə üçün bütün təbiət qarışıq halda deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayılmayacaq qədər çox təbəqəsində gömülmüş halda tapa bilmirik? Nə üçün hər geoloji forma və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geoloji cəhətdən yaxşı dərəcələndirilmiş proses üzə çıxmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır. 138
Darvin doğru demişdi. Öz dövründə tapılmayan ara fosillər sonrakı illərdə də tapıla bilməmişdir və bu həqiqət Darvinin nəzəriyyəsini qəti olaraq məhv etmişdir. Darvinistlər də bu prosesdə 150 il əvvəl mövcud olmayan xəyali ara fosillərin mütləq bir gün tapılacağı inancını insanlara təlqin etməyə çalışmışlar. Texnologiya və inkişaf edən elm ara fosillərin varlığını tələb etdikdə isə həll yolunu saxtakarlıqda görmüşdülər. Bu gün təkamül nəzəriyyəsinin öyrədildiyi bütün biologiya dərslikləri, bütün darvinist yayımlar, darvinizm tərəfdarı olan mətbuat təkamül nəzəriyyəsi üçün həyatı əhəmiyyəti olan ara fosil nağılını danışarkən bu saxta dəlillərə yer verir. Bu KİV-lər hələ də Archaeopteryx-i, Coelacanth-ı, Hekelin saxta rüşeym rəsmlərini, ağac gövdəsinə yapışdırılmış sənaye kəpənəklərini, insan kəlləsinə oranqutanq çənəsinin yapışdırıldığı Piltdaun adamını, bir qabanın azı dişinə əsaslanaraq ailəsi ilə birlikdə rəsmləri çəkilmiş Nebraska adamını, meymun adam formasında təsvir edilən, ancaq bir insan irqi olması başa düşülən Neandertal adamını, meymun olduğu elmi cəhətdən sübut edilmiş Lusini və saxtakarlıq olduğu başa düşüldüyü üçün elmi ədəbiyyatdan çıxarılmış kəllə sümüklərini dəlil kimi göstərirlər. Darvinizmin XXI əsrdə düşdüyü aciz vəziyyət məhz budur.
Çox vaxt darvinist mənbələrdə bu ifadəyə tez-tez rast gəlirsiniz: “Təkamülü sübut edən ara fosillər o qədər çoxdur ki...” Bu ifadə çox böyük yalandır. Yalnız oxucuların zehinlərinə verilən təlqindir. Başqa sözlə, klassik darvinist metod tətbiq edilir və yalan inandırıcı edilmək üçün yüksək səslə və israrla, dəfələrlə deyilir.
Lakin təkamül nəzəriyyəsini sübut edən heç bir ara fosil də yoxdur. Darvinist elm adamları, əlbəttə, elmin göstərdiyi bu açıq-aydın həqiqəti çox yaxşı bilirlər. Ara fosil olmadığına görə, təkamül nəzəriyyəsinin içinə düşdüyü çıxılmaz vəziyyət də onlara məlumdur. Lakin ehkamçı düşüncə tərzləri darvinistləri nəyin bahasına olsa da, təkamül nəzəriyyəsini yaşatmağa məcbur edir.
Belə ki, darvinistlərə yaxın keçmişdə bununla bağlı müraciət edilmiş, əllərində olan bircə ara fosili dünyanın ən məşhur meydanlarında nümayiş etdirmək tələb olunmuşdur. Amma bunun əvəzində həmişəki kimi dərin sükut olmuşdur. Lakin əgər iddiaları doğru olsaydı, əgər canlı növləri bir-birlərindən yavaş inkişafla təsadüfi mərhələlərlə milyonlarla illik proses nəticəsində təkamül keçirərək əmələ gəlsəydi, onda darvinistlərin əllərində bir dənə deyil, milyonlarla, hətta trilyonlarla ara fosil olmalı idi. Amma darvinistlər “bircə ara fosil gətirin” müraciətinə belə cavab verə bilmirlər. Çünki əllərində heç bir ara fosil yoxdur. Elə darvinistlərin şövqlə irəli çıxıb bircə dənə ara fosil üzə çıxara bilməmələrinin səbəbi də budur.
Təkamülçü paleontoloq Mark Çarneçki mövzu ilə bağlı bu etirafı edir:
Nəzəriyyəni (təkamülü) sübut etməyin qarşısındakı ən böyük maneə hər dövrdəki kimi fosillər olmuşdur... Bu fosillər heç vaxt Darvinin fərz etdiyi ara formaların izlərini üzə çıxarmamışdır. Növlər ani surətdə əmələ gəlir və yenə ani şəkildə yox olurlar. Bu gözlənilməz vəziyyət növləri Allah`ın yaratdığını müdafiə edən düşüncəyə dəstək verir. 139
Təkamülçü geoloq Karlton E. Brettin etirafı isə belədir:
Yer üzündə həyat zaman ərzində, yavaş-yavaş və mərhələ-mərhələ əmələ gəlib? Fosillərin bu suala cavabı: “Xeyr”dir. 140
Darvinizm sehri 150 il boyu o qədər sistemli şəkildə insanlar üzərində təsirli olmuşdur ki, insanlar olmayan bir şeyin varlığına inandırılmışdır. Heç kim: “Milyonlarla ara fosil olmalıdır, bunlar haradadır?” - deyə soruşmamışdır. Heç kim: “Qazıntılarda ortaya çıxan 350 milyondan çox fosil daim mükəmməl görünüşlü, tamamilə təkmil canlılara aiddir, lakin bunların heç biri ara fosil deyil”, - deməmişdir. Heç kim nə üçün ara fosil görünüşü altında daima bir neçə müəyyən canlının rəsmi ilə qarşılaşdığını, ən məşhur elm adamlarının belə bu uydurma fosillərdən başqa göstərəcək bir şeyləri olmadığını, doktorluq dissertasiyaları üçün hazırlanan kitablarda belə nə üçün ancaq bunların mövzu kimi götürüldüyünü araşdırmamışdır. Bundan əlavə, heç kim ön plana çıxarılan bu bir neçə fosilin də ara forma xüsusiyyətini göstərmədiyini və bunun elmi cəhətdən sübut edildiyini bilmirlər. Xülasə, darvinizm sehrinə tutulan, demək olar ki, heç kim, darvinizmi dəstəkləyən heç bir dəlil olmadığını bilmir. Çünki bu həqiqət bu sehrin memarı olan darvinistlər tərəfindən ustalıqla və hiyləgərliklə gizlədilməyə çalışılmışdır.
Lakin “ara fosil var” yalanı nə qədər uzunmüddətli və nə qədər israrla deyilsə də, əgər insanlar əldə edilən həqiqi fosillərin varlığından xəbərdar edilsələr, bunların bu gün yaşayan canlılardan heç bir fərqi olmadığını başa düşsələr, onda, şübhəsiz, yalanın təkrarlanmasının heç bir dəyəri qalmaz. Hal-hazırda dəccalın oyunu olan darvinizmin vəziyyəti belədir. Darvinistlər insanları ara fosillərin olduğu yalanına inandırmaq üçün cəhd göstərərkən tam və mükəmməl görünüşlü milyonlarla illik canlıları göstərən fosillər insanlara açıq-aşkar göstərilir, fosil sərgiləri, internet və “Yaradılış atlası” yolu ilə nümayiş etdirilir. İnsanlar gözləri ilə gördüklərinə inanır, illərlə aldıqları darvinist təlqinə şübhə edirlər. Artıq darvinistlərin “ara fosil var” israrları heç bir işə yaramır. Dəccalın oyununa düşmüş darvinistlərin insanları aldatdıqları artıq dünya səviyyəsində başa düşülmüşdür. Bu yalanın davam etdirilməsi artıq mümkün deyil. Rəbbimiz bir ayəsində belə buyurur:
Xeyr, Biz batili haqla rədd edərik (haqqı batilin üstünə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o, yox olub getmişdir. (Allah`a) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
5. Darvinistlər təkamül nəzəriyyəsini inkaredilməz göstərirlər
Adətən, nəzəriyyə irəli sürülür, elmi cəhətdən təsdiqlənir və ya təkzib edilir. Elmi cəhətdən qəbul edilir və ya inkar edilir. Big Bang (Böyük partlayış) nəzəriyyəsi elmi nəzəriyyədir və təsdiqlənmişdir. Bu nəzəriyyəni dəstəkləyən dəlillər qarşısında irəli sürülən əks məntiqlərin əsassızlığı aydındır. Heç kim digər ehtimalların sübut edilməsi məsələsi üzərində dayanmır. Çünki əldə konkret elmi faktlar var. Konkret dəlillər digər ehtimallara qarşı bu elmi nəzəriyyəni təsdiq etmişdir.
Təkamül nəzəriyyəsi isə elmilik iddiası ilə irəli sürülmüş nəzəriyyədir və nəzəriyyənin cəfəngiyat olması saysız-hesabsız dəlil ilə sübut edilmişdir. Nəzəriyyəni təsdiqləyən heç bir dəlil tapılmır. Bütün elmi kəşflər nəzəriyyənin fərziyyə kimi irəli sürüldüyünü və heç bir əsaslılığının olmadığını hər gün təkrar-təkrar sübut edir. Normal şərtlər daxilində bu nəzəriyyə çox əvvəllər inkar edilib aradan qaldırılmalı idi. Ancaq nədənsə belə olmamışdır. Tam əksinə, təkamül nəzəriyyəsi saxta dəlillərlə, elmi nəzəriyyə adı altında dərsliklərə daxil olmuş, televiziya kanallarında, sənədli filmlərdə, mətbuat orqanlarında müdafiə edilmişdir. Hətta Avropa Şurası ciddi cəhdlə bu nəzəriyyəni qorumağa çalışmış, bu nəzəriyyənin elmi olmadığını sübut edən dəlillərin ortaya qoyulması üçün müraciətləri dəhşət və qorxu ilə qarşılamışdır. Müxtəlif ölkələrin məhkəmələri təkamülə qarşı gətirilən və tədris planında yer alan təklifləri qətiyyətlə rədd edir. Çox yaxın tarixdə bir federal hakim dünyəvi məktəblərdə darvinizmi tənqid etməyin ali qanuna zidd olduğunu açıqlayacaq qədər irəli getmişdir. 141 Darvinin öz kitabında da bəhs etdiyi təkamülün çətinliklərinin dərsliklərə əlavə edilməsi fikri darvinist kütlələri dəhşətə gətirmişdir. Qısaca desək, darvinizm demək olar ki, bütün dövlətlər tərəfindən müdafiə edilən, çox vaxt dövlətin dəstəyi ilə yaşadılmağa çalışılan yeganə “elmi” nəzəriyyədir. Bu kütlələr yaradılış həqiqətinin məktəblərdə öyrədilməsi ilə təkamül cəfəngiyatının ifşa ediləcəyi üçün böyük səylə mane olmağa çalışırlar. Çünki darvinizm bu batil dinin qanunlarına əsasən, inkaredilməzdir. Eyni şəkildə, darvinizm bütün dünyada faşist darvinist diktatorluq tərəfindən müdafiə edilir.
Yazıçı An Kulter bu həqiqəti aşağıdakı sözləri ilə dilə gətirir:
Təkamül nəzəriyyəsini müzakirə etməkdən çəkinmək üçün darvinizmin coşqun tərəfdarları daima (öz ağıllarına görə) “lazımsız” həqiqətləri sanki ehtiyat hissə kimi müzakirədən kənarlaşdırırlar. Təkamülü inkar etməyin sanki Günəşin şərqdən doğmasını inkar etmək kimi bir şey olması təsəvvürünü verirlər. 142
Darvinist diktatorluğa əsasən, darvinizmi inkar etmək sanki cinayətdir. Darvinizmin batil din kimi mənimsənildiyi və mənimsədilməyə çalışıldığı ölkələrdə bu sanki vətənə xəyanət kimi görünür. Heç kim elmi dəlillərin nəzəriyyəni təkzib etdiyini, nəzəriyyənin artıq heç bir əsaslılığının qalmadığını açıq şəkildə deyə bilmir. Darvinizmi mübahisəsiz həqiqət kimi qəbul etmək sanki şərtdir. Riyaziyyat üzrə professor Volfqanq Smit bir təkamülçü kimi bu vəziyyəti belə açıqlamışdır:
Bizə doqmatik cəhətdən təkamülün qəbul edilmiş həqiqət olduğu deyilir. Amma bunu kimin, hansı yollarla qəbul etdiyi heç vaxt deyilmir. Bizə tez-tez bu doktrinanın sübuta əsaslandığı deyilir və bu sübutun da bundan sonra ediləcək bütün təsdiqləmələrin fövqündə olması və eyni şəkildə təcrübələrlə əldə edilən sonrakı bütün təkziblərdən uzaq olduğu bildirilir. Ancaq bizi bu sübutun harada olması ilə bağlı mühüm sual qarşısında tamamilə qaranlıqda qoyurlar. 143
Darvinizmin inkarının qarşısını alınır, çünki, əks təqdirdə, batil darvinizm dininin müdafiəçilərinin heç bir əsası olmayan bu nəzəriyyəni yaşada bilmək üçün yolu qalmayacaq. Yalan uca səslə deyilir və bunun yalan olduğunu iddia etmək cinayət hesab edilmir. Elmilik iddiası ilə irəli sürülən nəzəriyyə elmdən tam mənada uzaq, rəsmi və açıq şəkildə inkarı qeyri-mümkün batil, ehkamçı inanc sisteminə çevrilmişdir. Əsl diqqət çəkən cəhət isə bunun göz görə-görə, heç çəkinmədən edilməsidir.
Bu, o dərəcəyə çatdırılmışdır ki, Roma papası öz evində darvinizmi müdafiə edən konfranslar verməyə məcbur olmuşdur. Kilsələr Darvindən üzr istəməyə məcbur ediliblər. Universitet professorları təkamülü mühakimə edən əsərlərinə görə vəzifələrindən azad edilmiş, işdən uzaqlaşdırılmışlar. Bu böyük təkid bir çox ölkədə uğurla nəticələnmiş, xüsusilə yuxarı mövqelərdə təkamül qəti şəkildə mübahisəsiz qəbul edilmişdir.
Darvinizmin inkaredilməzliyini təmin etmək üçün darvinistlər lazım olan hər yola əl ata bilərlər. Təkamül nəzəriyyəsini inkar edən sübutları ört-basdır edir, təkamülün əsassızlığını sübut edən dəlilləri təhrif edib dəyişdirərək və insanları açıq şəkildə aldadaraq təkamülün dəlili kimi göstərə bilərlər. Eynilə, Çarlz Dulitl Uolkotun 70 il boyu Kembri fosillərini gizlətdiyi kimi.
Öncədən darvinist qəbul və şərtlənmə darvinistləri çox məntiqsiz şeyləri müdafiə etməyə və bu məntiqsizlikləri bəzən ifadə etməyə məcbur edir. Yuxarıdakı sözündə təkamülçü bioloq elmi dəlillər, məntiqli sübutlar olmasa da, təkamülün doğruluğuna əsla şübhəsi olmayacağını açıq şəkildə bildirir. Bu da bir daha göstərir ki, təkamül nəzəriyyəsinin müdafiə edilməsinin səbəbi elmi faktlar və tapıntılar deyil. Belə olduqda, qəbul edilməli bir aydın həqiqət var: təkamül batil, saxta, aldadıcı dindir.
Riyaziyyatçı və filosof Uilyam A. Dembski darvinistlərin təkamülü inkaredilməz göstərmələrini bu sözlərlə ifadə edir:
Darvinçi mühafizəkarlıqdan şübhələnmək stalinçi rejimin partiya idarəsinə qarşı çıxmaqla müqayisə edilə bilər. Stalinin Rusiyasında olsaydınız və Lisenkonun haqsız olduğunu irəli sürmək istəsəydiniz, nə edərdiniz? Lisenkonun genetika nəzəriyyəsindəki ziddiyyətləri və gərginlikləri bildirə bilərsiniz, amma Lisenkonun tamamilə haqsız olduğunu deyə bilməzsiniz və ya Lisenkoya açıq şəkildə müxalif olan alternativ təqdim edə bilməzsiniz. Hal-hazırda içinə düşdüyümüz vəziyyət budur. 144
Darvinist diktatorluğun təzyiqi ilə darvinizmin inkar edilə bilməməsi bəzilərini darvinizmin doğru və qəbul edilmiş nəzəriyyə olduğuna dair qənaətə gətirmişdir. Çünki insanların böyük əksəriyyəti elm adamlarının bir cəfəngiyatı müdafiə etməyəcəyini, televiziya və mətbuatın bir yalanı dəstəkləməyəcəyini düşünərək yanılırlar. Əgər bu bir yalandırsa, mütləq bunu ifşa edən birinin olduğunu düşünürlər. Lakin ifşa etməyə çalışan hər səs müxtəlif təzyiq üsulları ilə susdurulmuşdur.
XX əsrdə təzyiq və məcburiyyətlə davam edən diktatorluq ənənəsi dövrümüzdə də yenə eyni şəkildə davam edir. Hələ də bir çox elm adamı işlərini itirmə qorxusu ilə təkamül nəzəriyyəsinə qarşı çıxmır, ailələr uşaqlarının təkamülü öyrənməsinə qarşı çıxdıqda mütləq təzyiq və təhdid ilə qarşılaşırlar. Lakin təkamül nəzəriyyəsi istənilən qədər məktəblərdə öyrədilsin, istənilən qədər təkamülə qarşı olan elm adamları susdurulsun, təkamülün yalan olduğunu görən zehinlərdə əmələ gələn aydınlanmanı heç bir darvinist məcburiyyət və təzyiq dəyişdirə bilməyəcəkdir. Bu gün Avropa Şurası uşaqların məktəblərdə təkamülü öyrənməsini şərt qoymuşdur. ABŞ-ın bir çox əyalətində tədris planında təkamüldən kənar şərhlərə yer verilməsi qadağandır. Çində, Rusiyada, demək olar ki, bütün Asiya ölkələrində, hətta bəzi müsəlman ölkələrdə belə təkamül nəzəriyyəsi tədris planının ayrılmaz hissəsidir.
Bunu da bildirmək lazımdır ki, nəzərdə tutulan və tənqid edilən darvinistlərin təzyiq edici və senzuraçı təfəkkürüdür. Məktəblərdə gənclərə tarix dərsi kimi təkamül haqqında məlumat verilə bilər, ancaq bununla bərabər təkamül nəzəriyyəsinin əsassız olduğunu sübut edən yüzlərlə dəlil də gənclərə öyrədilməlidir. Gənclər zorla, tək tərəfli, təzyiq edici şəkildə təhsil almamalı, onlara elmi kəşflər tərəfsiz şəkildə təqdim edilməli, doğru olanı ağılları və vicdanları ilə görmə və öyrənmə haqqına malik olmalıdırlar.
Ancaq bunu da xatırlatmaqda fayda var; bu zorakı mövqe darvinistlər tərəfindən öz ağıllarına görə nə qədər böyük qələbə kimi görünsə də, əslində, dəhşət və qorxunun ifadəsidir. Avropa Şurası kimi darvinist düşüncəyə malik quruluş darvinizmin çökməsindən ilk dəfə bu qədər böyük təşvişə düşmüşdür. Avropada illərdən bəri yaradılışı izah edən, təkamülün əsassızlığını ifadə edən müxtəlif əsərlər nəşr olunur, konfranslar təşkil olunur və müxtəlif fəaliyyətlər görülür. Ancaq heç biri Avropaya Harun Yəhyanın nəhəng əsəri “Yaradılış atlası” qədər təsir etməmişdir. Bu təsirin səbəbi atlasda ortaya qoyulan elmi kəşflərin inkarı mümkün olmayan şəkildə təkamülün əsassızlığını nümayiş etdirməsidir. Artıq Avropadakı bütün tələbələr təkamül nəzəriyyəsinin gündəmə gətirilən 350 milyondan çox fosil ilə məhv edildiyini bilirlər. Çox asan girə bildikləri bircə internet səhifəsindən milyonlarla il əvvələ aid saysız-hesabsız canlının fosil rəsmini görür və canlıların təkamül keçirmədiyi qənaətinə gəlirlər. Saysız-hesabsız əsər və məqalə vasitəsilə darvinist saxtakarlıqları və təkamül nəzəriyyəsinin heç bir tutarlı dəlilinin olmadığını öyrəniblər. Darvinizm haqqındakı həqiqətlər asanlıqla əldə edilə bilir. Belə olduqda darvinizm üçün edilən bütün qadağalar və təkidlər artıq tamamilə təsirsizdir. Darvinistlər bundan yüz il əvvəlki təsirlərin yenidən əmələ gələcəyinə ümid edərək eyni çürük taktikaları tətbiq edirlər. Lakin dəccalın oyununun həqiqi üzünün tamamilə üzə çıxdığını unudurlar. Uca Allah bir ayəsində belə buyurur:
Yoxsa pis əməllər edənlər Bizdən gizlənə biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər! (Ənkəbut surəsi, 4)
6. Darvinistlər təkamül əleyhdarlarını susdurmağa çalışırlar
Darvinizmin inkaredilməzliyinin gərəyi kimi darvinistlər insanlara təsir edən hər təkamül əleyhdarını susdurmağa səy göstərirlər. Bütün dünyanı bürümüş batil darvinizm dini və tərəfdarları bu məsələdə o qədər təzyiq edici və zorakı siyasət yeridirlər ki, bu və ya digər şəkildə təkamül haqqında şübhəli söz demək belə o şəxsə böyük çətinliklər yaradır. Bu faşist israra əsasən, təkamül haqqında şübhələnmək də cinayətdir. Bunu dilə gətirmək cinayətdir. Təkamülün sübut edilməmiş nəzəriyyə olduğunu, hətta sadəcə bir nəzəriyyə olduğunu irəli sürmək də cinayətdir. Darvinizmin əleyhinə olan bir elm adamının hər hansı bir universitetin biologiya fakültəsində dərs verməsi demək olar ki, qeyri-mümkündür. Darvinizm tərəfdarı olan bir qəzetin səhifələrində təkamülü məhv edən bir fosilin şəklini tapmaq mümkün deyil. Orta məktəb biologiya müəlliminin səhvən də olsa, təkamül nəzəriyyəsi ilə bağlı bəzi şübhələri olduğunu ifadə etməsi böyük səhvdir. Yəqin ki, bu orta məktəb müəllimi qısa müddətdə işindən azad ediləcəkdir.
Məsələn, biologiya professoru Karolin Kroker “Expelled "No Intelligence Allowed”" sənədli filmində təkamülü mühakimə etdiyi üçün Corc Mason Universitetindən qovulduğunu belə danışır:
Müdirim məni ofisinə çağırdı və: “Yaradılışı öyrətdiyin üçün səni intizama öyrətməliyəm”, - dedi... O semestrin sonunda işimi itirdim. 145
Karolin Kroker 5 fevral 2006 tarixində “Washington Post” qəzetinə verdiyi müsahibəsində isə belə demişdir:
Təkamüldəki problemləri öyrətdiyimə görə, Corc Mason Universitetindəki işimi itirdim. Bir çox elm adamı təkamülü mühakimə edir, amma səslərini çıxarsalar, işlərini itirərlər. 146
Dr. Riçard von Steynberq isə təkamülü mühakimə etdiyi və təkamülə qarşı olan yazıçıların şərhlərinə yer verdiyi üçün Təbiət Tarixi Muzeyindəki (National History Museum) işindən azad edilmişdir. Steynberqin mövzu ilə bağlı açıqlamaları belədir:
(Yaradılış məsələsi gündəmə gəldikdə) insanlar əsəbiləşirdilər. Belə ki, onların fiziki reaksiya verdiyini görürdünüz. Şöbə müdiri isə (yaradılışın daha inandırıcı olduğunu dediyim üçün) mənim intellektual terrorist olduğumu söyləyərək mövqeyini bildirdi. 148
Beyin cərrahı Maykl Eqnor isə insanların həkimlik peşəsini işlətməsi üçün təkamül nəzəriyyəsini öyrənməyə ehtiyacı olmadığına dair izahının ardınca qarşılaşdığı reaksiyanı belə açıqlayır:
Bir çox bloqdan bir çox insan mənə ağıza alınmayacaq adlar dedilər. Çoxlu pis şərhlər aldım. İşlədiyim universitetdən və başqa yerlərdən insanlar mənə zəng etdilər və mənə təqaüdə çıxmağı məsləhət gördülər. Darvinist nəzəriyyəni tənqid etdikdə fərqinə vardığım və məni həqiqətən təəccübləndirən şey bu məsələdə ilə bağlı qəddarlıq, təcavüzkarlıq və bayağılıq idi. 149
Eyni şəkildə, professor Robert Marks da darvinizmi mühakimə etdiyi üçün Baylor Universitetindəki tədqiqat saytı bağlanmış və tədqiqatları üçün verilmiş qrant əlindən alınmışdır.
Sözügedən sənədli filmdə adının açıqlanmasını istəyən və ya istəməyən bir çox antidarvinist elm adamının şəxsən yaşadıqları hadisələrə yer verilmiş və bu şəxslər darvinizmi inkar etdiklərinə görə, akademik karyeralarının tamamilə məhv edildiyini öz sözləri ilə dilə gətirmişlər.
Jurnalist Lari Uitam isə darvinizmin özünü və darvinist diktatorluğun metodlarını bu sözlərlə şərh edir:
Əgər yaxşı qiymət almaq istəyirsinizsə, yuxarı vəzifələrə seçilmək istəyirsinizsə və əgər milli elmi təhsil sisteminin dəstəkçisi kimi müxtəlif mükafatlar almaq istəyirsinizsə, (təkamül) modelini mühakimə edə bilməzsiniz.
Bir çox elm adamından müsahibə aldım. Öz aralarında ikən və ya etibar etdikləri jurnalistlə danışdıqda “bu mürəkkəb komplekslikdə” və ya “molekulyar biologiya böhran içində” kimi ifadələr işlədirlər, amma bunu cəmiyyət içində açıq şəkildə dilə gətirə bilmirlər. 150
Jurnalist Pamela Vinnik isə yaradılışla bağlı yazdığı bir məqalədən sonra jurnalist kimi işindən azad edildiyini bildirir və bunları deyirdi:
Əgər bu mövzuya (yaradılışa) hər hansı şəkildə bir az belə etimad göstərsəniz, ki bunun üçün sadəcə bu mövzuda bir şey yazmağınız kifayətdir, onda bir jurnalist kimi peşəniz sona çatar. 151
Filosof Stefan Meyer DNT-dəki məlumatın təsadüflə açıqlanmasının mümkün olmadığını, bunun ancaq üstün bir ağlın əsəri olduğunu açıqlayan fikrini sübutları ilə birlikdə biologiya jurnalında nəşr etdikdə darvinistlər jurnalın redaktorunun karyerasını məhv etmək istəmişdilər. 152 Amerika Vətəndaş Azadlıqları Birliyi (American Civil Liberties Union) Corciya əyalətinin Kobb şəhərindəki məktəbləri dərsliklərin üstündəki açıq təfəkkürlə, diqqətlə araşdıraraq və tənqidi yanaşaraq təkamülü öyrənmələri ilə bağlı xəbərdarlıq qeydlərinə görə ittiham etmişdir. Kilsə və Ştatın Ayrılması üçün Birləşən Amerikalılar (California Lebecde Americans United for Separation of Church and State) təşkilatını təmsil edən ailələr məktəbləri təkamüllə yaradılış arasında fərqi dərk etməyi sadəcə təklif etdiyi üçün ittiham etmişdir. Pennsylvania Dover-də ACLU və Americans United for Separation of Church and State tərəfindən dəstəklənən kiçik bir qrup doqquzuncu sinifdə biologiya dərslərində yaradılış həqiqətinin müzakirəsinə mane olmaq üçün məhkəməyə müraciət etmişdir. Hakim bu ailələrin lehinə qərar vermiş və məktəb iddiaçının qanuni haqqı olan müəyyən məbləğdə pul ödəməyə məcbur edilmişdir. Bu məbləğ bir milyon dollardan çoxdur. 153
Yazıçı Enn Kulter bu hadisələri belə dəyərləndirir:
Dover hadisəsindən sonra AVAB ittihamları ilə iflas riskinə girmək istəməyən heç bir məktəb yaradılış kəlməsini ağzına almağa belə cəsarət etmədi. Darvinistlərin məbədlərinin, yəni dövlət məktəblərinin dünyəvi müqəddəsliyini mühafizə etmişdilər. Elmdə, inandırmada və dəlildə qalib gələ bilməmişdilər. Liberalların həmişə qalib gəldiyi yolla qalib gəlmişdilər: onlara hər istədiklərini gümüş sinidə gətirən məhkəmə taparaq.
Bu, elm deyil. 154
Darvinistlərin tətbiq etdiyi bu təzyiq edici üsullar bəzi insanlar üçün olduqca çəkindirici metodlardır. Bir milyon dollar qədər pul cəzası ilə qarşılaşan məktəb böyük təzyiqlə üzləşdiyinə görə susdurulmuşdur. Bunu nəzərə alan tədris işçisi işini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Bu sistem Uilyam A. Dembskinin bildirdiyi kimi, diktatorluq rejiminə bənzəyir. Heç kim diktatorun əleyhinə ağzını belə aça bilmir.
Təkamülçü fizika professoru H.S.Lipson bir elm adamı kimi elmin yaradılışı göstərdiyini deyir, ancaq bu həqiqəti qəbul etməyin darvinist diktatorluğun təzyiqinə görə nə qədər çətin olduğunu bu sözlərlə açıqlayır:
Əgər canlı bir maddə atomların qarşılıqlı əlaqəsi, təbiət hadisələri, radiasiya təsiri ilə əmələ gəlməyibsə, onda necə əmələ gəlmişdir? ... Düşünürəm ki, biz ... yeganə ağlabatan açıqlamanın yaradılış olduğunu etiraf etməliyik. Bunun fiziklərin məhdudlaşdırılması mənasına gəldiyini bilirəm, bu, mənə də eyni şəkildə aiddir, amma əgər təcrübə dəlilləri bunu dəstəkləyirsə, xoşumuza gəlməyən faktı rədd edə bilmərik. 155
Lipsonun sözlərində ifadə etdiyi darvinist məhdudlaşdırma ilə bir çox elm adamı, akademik və tədris işçisi tez-tez qarşılaşırlar. Məsələn, 1999-cu ildə Detroitdə ali məktəbin müdiri kitabxanaya darvinizmi tənqid edən bəzi kitabları qoymaq istədikdə Milli Elmi Təhsil Mərkəzi METM (National Center for Science Education) buna hər cür əngəl metodları tətbiq edərək qətiyyətlə qarşı çıxmışdır. 156
Conatan Uels bu əngəlləmə siyasətini bu sözlərlə ifadə edir:
METM məktəb müdiriyyətinə təkamülün elmi cəhətdən mübahisəli olmadığını, ona görə də ona qarşı irəli sürülən dəlillərin elmi tədris planına elmi olmayan dini fikirləri daxil etmə səyinin məhsulu olduğunu deyir. Amerika məhkəmələri dövlət məktəblərində dini təhsil verməyin doğru olmadığını elan etdiyi üçün bu, məktəb müdiriyyətinin qanundankənar bir şey etmək istəməsi fikrini müdafiə edən xəbərdarlıq deməkdir. Əgər xəbərdarlıq nəzərə alınmasa, METM dəstək almaq üçün AVAB-a müraciət edər. AVAB da məktəb müdiriyyətinə yazılı məktub göndərərək bahalı ittihamnamə ilə onu təhdid edir. Ölkədəki hər məktəb müdiriyyəti maddi cəhətdən vəziyyəti idarə etməyə çalışdığı üçün METM və AVAB-ın bu təhdidi darvinist təkamülün dövlət məktəblərində tənqid edilməsinin qarşısının alınmasında çox işə yaramışdır. 157
Məktəblərdə yaradılışın öyrədilməməsi üçün çox mübarizə aparan Amerikanın Kansas əyalətində təkamülçü biologiya tədrisinin aradan qaldırılması üçün görülən fəaliyyətlərin ardınca Kansas təhsil sistemi çox böyük təzyiq və israrla qarşılaşmışdır. Milli Tədqiqat Şurasının MTŞ (The National Research Council) rəhbəri Herbert Lin “Science” (Elm) jurnalına göndərdiyi bir məqalədə amerikan kollec və universitetlərinin Kansasda tədris edilən bütün ali məktəb biologiya dərslərinin akademik hesab edilməyəcəyinə dair bəyannamə verməli olduqlarını bildirmişdir. Növbəti ay “Scientific American” jurnalının redaktoru Con Renni isə universitetə qəbul komitələrinin Kansas məktəblərinin müdiriyyətlərinə Kansas ştatından ərizə verəcək tələbələrin xarakteristikasını diqqətlə araşdıracaqlarını bildirməsini və Kansasdakı ailələrə də bu mənfi qərarın uşaqlarının gələcəyi üçün pis nəticələrə səbəb olacağını bildirən məktub göndərməsini istəmişdir. 158 Bu hədənin mənası aydındır. Təkamül nəzəriyyəsinə qarşı çıxmaq cinayətdir və bu cinayəti edənlər dərhal məhkəmə məsuliyyətinə cəlb edilməlidir.
Bir müddət əvvəl gündəmə gələn bir ittihamda isə Woods Hole Oceanographic Institution təşkilatından Nataniel Abraham adlı bir tədqiqatçı təkamül nəzəriyyəsini inkar etdiyini bildirməsinin əvəzində işindən azad edildiyini açıqlamışdır. 2004-cü ildə Abrahama Woods Hole-un səlahiyyətli nümayəndəsi olan elm adamı tərəfindən yazılan məktubda işlədiyi təşkilat elm adamlarının təhlillərində və məqalələrində təkamül prinsiplərindən istifadə etməsini açıq şəkildə şərt qoymasına baxmayaraq, Abrahamın Milli Səhiyyə Təşkilatlarının (National Institutes of Health) “təkamül lehinə” fəaliyyət formasını mənimsəmədiyini bildirdiyi üçün işdən azad edildiyi bildirilmişdir. 159 Yəni bir elm adamı təkamül nəzəriyyəsinə qarşı çıxdığı üçün rəsmi şəkildə qəbul edilməmişdir. Mövzunun 2007-ci ildə Nataniel Abrahamın irəli sürdüyü ittiham nəticəsində gündəmə gəlməsi, şübhəsiz, artıq insanların darvinizm diktatorluğuna qarşı çıxma cəsarətindən qaynaqlanır.
Berkeley Universitetindən hüquq professoru Filip E. Conson 1981-ci ildə İngiltərə Təbiət Tarixi Muzeyinin qapısından asılan lövhələrlə bağlı darvinist fanatizmi bu sözlərlə izah edir:
Qapının girişindəki lövhədə bunlar yazılmışdı: “Nə üçün bu qədər müxtəlif canlı olduğu sizi heç maraqlandırıbmı? Bir fikrə əsasən, bu gün gördüyümüz bütün canlı varlıqlar mərhələli dəyişikliklərlə qədim əcdaddan törəyiblər. Təkamül necə meydana gəlib? Növlər necə bir-birlərindən törəyiblər? Bu salondakı sərgi bunun mümkün açıqlamasını təmsil edir – Çarlz Darvinin açıqlamasına”.
Yan tərəfdəki lövhədə isə bunlar yazılmışdı: “Digəri isə bütün canlı varlıqları mükəmməl və dəyişməz şəkildə Allah`ın yaratması fikridir”. Əlavədəki broşurada isə bu etiraf yer alır: “Təbii seleksiya ilə təkamül anlayışı sözün tam mənasında elmdən kənardır”.
Elm komitəsinin buna verdiyi cavab biabırçı idi. “Nature” (Təbiət) jurnalındakı məqalədə bu sual verilmişdi: “Darvinizmin ən yaxın qalası olan bu muzeyin müdirləri cəsarətlərinimi itirdilər, yoxsa hətta ağıllarınımı?... Kimsə buna qarşı çıxmaz, elmin ictimaiyyətə təqdim edilməsində, uyğun olduqda mübahisəli mövzuların şübhəli olduğunu demək uyğundur. Bəs təkamül nəzəriyyəsi ciddi bioloqlar arasında hələ də şübhə doğurur? Əgər doğurmursa, onda ümumi mənada fikir qarışdırmasından başqa bu şübhəli sözlər nəyə xidmət edir?”
... Bu nəşrin nəticəsində muzey təslim oldu və bu təcavüzkar ifadələri götürməyə məcbur oldu. 160
Elə darvinist diktatorluğun üsulu budur. Təkamülə qarşı işlədilən sözlər təcavüzkar ifadələr kimi göstərilir və darvinist elm adamlarının reaksiyası ilə, dünyada məşhur olan elmi jurnalların təzyiqi ilə dərhal qarşısının alınması üçün lazımi tədbir görülür. Darvinist diktatorluğun təzyiqi ilə bütün antidarvinist izahlar dərhal susdurulur.
Bu despot yanaşma, əlbəttə, bircə məqsədə xidmət edir. Təkamül nəzəriyyəsinin sübut edilmiş bir nəzəriyyə kimi göstərilməsi və bu şəkildə bütün dünyaya yayılması darvinist zərurətdir. Onlar yaradılış həqiqətini öz ağıllarına görə insanlardan uzaq tutaraq bütün varlıqları Allah`ın yaratdığı həqiqətini gündəmə gətirməyib yalnız təkamül təlqinini verərək bunu təmin edə biləcəklərini düşünürlər. Lakin darvinistlərin düşünə bilmədikləri bir həqiqət var. Canlıların yaradıldığını anlamaq və görmək üçün insanlara bununla bağlı təhsil verilməsinə ehtiyac yoxdur. Ağlını bir az işlədən hər insan canlı varlıqlarda qeyri-adiliyin, mükəmməlliyin, ağılın, şüurun, sənətin, ehtişamın olduğunu asanlıqla görə bilər. Bütün bunların şüursuz, ağılsız, düşünmə, dərk etmə, mühakimə yürütmə, doğru ilə yanlışı ayırd etmə xüsusiyyətindən məhrum kor təsadüflərin nəticəsində meydana gəlmədiyi qənaətinə gələcəkdir. Yalnız bir neçə saniyə səmimi şəkildə düşünən bir insan üçün belə bunu başa düşmək heç də çətin deyil. Allah ağlını işlədən insanlar üçün yaratdığı möcüzələrin açıq-aydın olduğunu ayələrində xəbər vermişdir:
Həqiqətən, göylərdə və yerdə möminlər üçün ayələr vardır! Sizin yaradılışınızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır. Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allah`ın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır. (Casiyə surəsi, 3-5)
Darvinistlər, əslində, gördükləri tədbirlərin əbəs olduğunu görməyə başlayıblar. Keçmişdə təzyiq edici metodlarla, saxta dəlillərlə verilən təlqin bu gün şüurlu insanlar üzərində təsirli olmayacaq.
Conatan Uels artıq getdikcə daha çox elm adamının darvinizmdən şübhələnməyə başladıqlarını və səslərini çıxarmaq üçün hərəkətə keçdiklərini bu sözlərlə bildirir:
Həqiqətən, həddindən çox bioloq darvinizmin bəzi böyük dəlillərindən səssizcə şübhələnir və ya onları inkar edir. Ancaq - heç olmasa Amerikada – onlar susmalıdırlar, əks halda, qınağa, məhdudiyyətə və sonda elmi icmadan xaric edilməyə məruz qalırlar. Bu çox tez-tez baş verməsə də, belə bir risk mövcuddur. Güman edirəm ki, darvinistlərin əks fikirləri tənqidin təsiri ilə gözləri açılan bioloqlardan ibarət və sayları getdikcə artan yeraltı icma əmələ gələr. Təcrid edilmiş müxaliflər neçə nəfər məsləkdaşının da eyni cür düşündüyünü başa düşdükdə onları sayları getdikcə artacaq və səsləri daha ucadan çıxmağa başlayacaqdır. 161
7. Darvinistlər elmdən istifadə edir, elmi göstəriş edirlər
Elm darvinizmin istifadə etdiyi ən böyük maskadır. Darvinizm elm adı altında ortaya çıxmışdır. Darvinistlər də: “Elm adamlarıyıq”, - deyə ortaya çıxmışdır. Darvinizmə qarşı göstərilən hər cür reaksiya elmlə mübarizə kimi təqdim edilmişdir. Təkamül nəzəriyyəsi haqqında hər cür şübhə bir növ geri qalmışlıq və ya elm düşmənçiliyi kimi göstərilmişdir. Darvinistlərin hər cür saxta dəlili elmi kəşf kimi insanlara tanıdılmışdır. Başqa sözlə, darvinizm 150 ildir ki, elmdən istifadə edir.
Bəs darvinizm elmdirmi?
Darvinizm bir yalandır. Elmlə heç bir əlaqəsi yoxdur. Darvinizm insanları bir yalana alışdırmaq və ona inandırmaq üçün göstərilən səydir. Elm darvinizmin sığınacağıdır. Darvinizm elmdən istifadə edərək toxunulmazlıq əldə edir. Saxtakarlıqları elm adı altında müdafiə edir. Saxta dəlillər irəli sürən, uşaq nağılları danışan darvinistləri elm adamı kimi tanıdır. Darvinizmin yalan olduğunu başa düşən və buna qarşı mübarizə aparan insanları da elmə xəyanət etməklə günahlandırır. Darvinizmin ən böyük silahı elmdir. İndiyə qədər də insanları elm maskasının altında gizlənərək aldatmışdır. Elmdən istifadə edərək insanları aldatmaqda davam edir. Darvinist elmi jurnallarının, darvinist sənədli film kanallarının, darvinist elm adamlarının bundan istifadə etməsinin səbəbi budur.
İngilis paleontoloq təkamülçü Derek V. Eycer bu məsələ ilə bağlı bunları deyir:
Hamımız bilirik ki, bir çox təkamülçü təşəbbüs müəyyən paleontoloqlar tərəfindən aparılan beyin fırtınalarından ibarətdir. Kitabxanadakı bir taksonomist (canlıların bioloji təsnifatı ilə məşğul olan şəxs) milyonlarla illik genetik mutasiyadan daha artığını bacarar. 162
Bu ifadə çox doğrudur. Məktəb dərsliklərində, qəzetlərdə, jurnallarda, televiziyalarda bəhs edilən “ibtidai” dünya, mutasiyalar və təbii seçmə ilə əmələ gələn canlı növləri, xəyali ortaq əcdad, “inkişafı tamamlanmamış” qəribə canlılar kimi təkamül hekayələri sadəcə darvinist elm adamlarının öz təxəyyülündəki hadisələrdir. Təbii seleksiya yolu ilə illərdir fərz etdikləri heç bir nəticə əldə edə bilməyiblər. Derek V. Eycerin də dediyi kimi, genetik mutasiyalar da onlara bu nəticəni verməmişdir. Amma bu elmi həqiqətləri inkar edib eyni saxta iddiaları müdafiə etməkdə davam etmək, onların fikrincə, darvinizm yalanının dünyaya yayılma ehtimalını çətinləşdirir. Elə buna görə, darvinistlər elmi terminlərdən darvinist yalana elmi don geyindirmək üçün istifadə edirlər. Ortada tamamlanmış və təkamülün lehinə nəticə vermiş elmi təcrübə və ya elmi dəlil yoxdur. Sadəcə tez-tez istifadə edilən elmi terminlər və formullar var. Hər hansı darvinist müəllifin kitabında bu qəribə terminlərə və ya kimyəvi formullara tez-tez rast gəlmək mümkündür. Mövzu haqqında məlumatsız olan bir insan bu kitaba baxdıqda, həqiqətən də bir elm adamının elmi kitabını oxuduğunu zənn edər. Lakin görünüş aldadıcıdır. Bu kitabda bəhs edilən yeganə şey canlı varlıqların kor təsadüflər nəticəsində əmələ gəlməsi və bu günki vəziyyətlərinə kor təsadüflər nəticəsində gəlmələri nağılıdır. Darvinist yazıçının bunun barəsində bəhs edəcək yeni elmi dəlili yoxdur. Kimyəvi terminlər və formullar darvinizm yalanını yalnız tamamlamaq, öz ağıllarına görə həqiqi göstərmək üçündür.
Darvinistlərin elmdən istifadə etmək üsullarına bir misal təkamülçü paleontoloq S. M. Stanleyin bu sözləridir:
Təkamül kiçik, lokal populyasiyalarda sürətlə baş verir, buna görə, fosillərdə təkamülü görə bilmərik. 163
Bu sözlər yalandır. Lokal populyasiyalarda baş verən təkamüldən bəhs edilir, lakin dəlil yoxdur. Hətta dəlilin tapılmayacağı etiraf edilmiş, amma bu da elmi göstərilməyə çalışılmışdır. İşin əsli isə bundan ibarətdir: fosillərdə təkamülə rast gəlinmir, çünki təkamül heç vaxt baş verməyib.
Milli Elmi Təhsil Mərkəzinin (National Center of Science Education - NCSE) rəhbəri E.C. Skott isə bu mövzu ilə bağlı bu açıqlamanı vermişdir:
Bir çox orta məktəb dərsliyi (hətta təəssüf ki, bəzi kolleclər) nəzəriyyələri sınaqdan keçirilmiş hipotezlər kimi açıqlayırlar, sanki hipotezlər təsdiqlənmiş nəzəriyyələrdir və əsl mənada çox yaxşı nəzəriyyə onlar üçün qanuniləşmiş kimidir. Təəssüf ki, elm adamları bu terminləri bu şəkildə istifadə etmirlər, bir çox insan elm adamı deyil və elm adamları da bu terminlərin mənasını tələbələrə və ictimaiyyətə yaxşı izah edə bilməmişdir. 164
Bu şərtlər daxilində yalnız ona göstərilən və izah edilənləri bilən bir insan əgər düşünüb qabaqcadan əmələ gəlmiş mənfi rəysiz dəyərləndirmə gücü yoxdursa, darvinizmin əsaslı olduğuna asanlıqla inana bilər. Çünki darvinizm təlqin metodu ilə oxucunun istəyinə bir növ qarşılıq vermişdir. Canlıları öz ağlına görə bəsit şəkildə izah etmiş və buna elmi demişdir. Mühakimə edilməsinə ehtiyac olmadığını, onsuz da doğru olduğunu və sübut edildiyini demişdir. Elm adamlarının bunu dəstəklədiyini və həmçinin elmin canlılar haqqında yeganə açıqlamasının bu olduğunu, bundan başqa açıqlamaların qeyri-elmi olduğunu bildirmiş və bunu bütün dünyanın qəbul etdiyini demişdir. Bu yalanlarla tarixin ən böyük saxtakarlıqlarından birini inşa etmişdir. Darvinizmi heç bilməyən, onun necə yalan olduğuna dair heç bir fikri olmayan və yalnız bu izahları eşidən bir şəxs üçün də bu səthi açıqlamalar onu inandırmağa kifayət edir.
Lakin bu şəxs aldığı təlqinin hər anında aldadılır. Onsuz da darvinizmi qəti şəkildə məhv edən və yaradılış həqiqətinin dəlili olan 350 milyondan çox fosil darvinistlər tərəfindən ehtiyatla ört-basdır edilmiş, canlıların əsasını təşkil edən zülalların birinin belə təsadüfən əmələ gəlməsinin riyazi cəhətdən qeyri-mümkün olması insanlardan gizlədilmişdir. Bu səbəbdən, sözügedən yalanın hüdudlarını bilməsi də mümkün olmamışdır. Aldadılan şəxsin bilmədiyi şey budur: darvinizm elmi deyil, elm deyil. Darvinizm araşdırılmış və doğru olduğuna dair elmi dəlillərin olmadığı məlum olmuş, yalan olduğu sübut edilmişdir. Darvinizmi dəstəkləyən elm adamları bunu batil din, ideologiya kimi görən fanatik və ehkamçı insanlardır. Elmin canlılar haqqındakı yeganə izahı yaradılış həqiqətidir. Darvinizmin bütün dünya tərəfindən qəbul edilmiş kimi görünməsinin ardındakı səbəb də bu saxta təlqin metodları, bu aldadıcı təbliğat üsullarıdır. Bəzən elm adamları belə bu yalana inanıb qəflətə düşürlər. İngilis paleontoloq Colin Pattersonun bu məsələ ilə bağlı etirafı diqqət çəkir:
Sonra oyandım və bütün həyatım boyu darvinizmi hər hansı bir yolla sübut edilmiş bir həqiqət olduğunu zənn edərək aldadıldığımı başa düşdüm.
Sistemdəki ortaq əcdad hipotezlərinin təsirinin cansıxıcı olduğunu və məlumat çatışmazlığından qaynaqlandığını deyil, eyni zamanda, bunun qəti şəkildə elmə qarşı olduğunu düşünürəm. 165
Bununla bağlı digər nümunəni sənədli film prodüseri Brian Leyt verir:
Son on il yeni bioloq qrupu ərsəyə gəldi. Onlar elmi baxımdan hörmətli hesab edilirlər, amma darvinizm haqqında böyük şübhələri var. 166
Amerikalı iqtisadçı Ceremi Rifkinin “Təkamül nəzəriyyəsi bizim təhsil sistemimizin ən mühüm hissəsinə daxil edilmişdir və onu lazımsız sui-istifadələrdən qorumaq üçün ətrafında bəzəkli divarlar hörülmüşdür” 167 sözünü haqlı çıxaran başqa mühüm sübut isə darvinist elm adamlarının saxtakarlıqları görməməzliyə vurmağı yenə elmin adından etmələri və həqiqət üzə çıxsa belə, bundan çəkinib utanmamalarıdır. Məqsəd mütləq və mütləq hər hansı yolla insanları aldatmaq olduğu üçün dünyanın ən məşhur elm adamları heç çəkinmədən, göz görə-görə bu yalanı müdafiə edirlər. Conatan Uels buna belə bir misal çəkir:
Hekelin saxta rüşeym rəsmlərindən illərlə xəbərdar olan elm tarixçisi Cey Qulda nə demək olar? Quldun təhsil verdiyi tələbələr Hekelin rüşeymlərini təkamülün sübutu kimi göstərən dərsliklərdən biologiyanı öyrəniblər. Buna baxmayaraq, başqa bir bioloqun 1999-cu ildə buna etiraz etməsinə qədər Quld heç səsini çıxarmayıb. Ondan sonra da Quld dərsliyin müəlliflərini səhvə görə təqsirkar gördü və etiraz xarakterli pıçıltını yayan yaradılışçını (“Leigh” Universitetinin kimyaçısı) vəzifəsindən kənarlaşdırdı. Burada ən böyük məsuliyyət kimə aiddir – saxta rəsmlərdən düşüncəsizliklə təkrar-təkrar istifadə edən dərsliyin müəlliflərinə, onlardan şikayət edən insanlara, yoxsa özünün “akademik cinayət” adlandırdığı fakta iş yoldaşları bilmədən ortaq olarkən özündən razı şəkildə kənardan vəziyyəti izləyən, dünya səviyyəsində məşhur mütəxəssisə?
Hekelin rüşeymləri ilə bağlı həqiqətlə müqayisə edildikdə pulcuq qanadlı güvələrin (sənaye kəpənəkləri) qüsurlu olması ancaq yaxın dövrdə başa düşülmüşdür, ona görə, bəlkə də dərslik müəlliflərini onu dərsliklərə əlavə etdiklərinə görə qınamamaq olar. Pulcuq qanadlı güvələr üzərində tədqiqat aparan hər bioloq güvələrin ağac gövdələrinə qonmadığını, dərsliklərdəki rəsmlərinin qondarma olduğunu on ildən çox bilirdi. Əgər elm özünü düzəldirsə, nə üçün mütəxəssislər dərsliklərdən uydurma fotoşəkilləri çıxarmaq üçün cəhd göstərmirlər? 168
Darvinistlərin elmdən istifadə etmələri, həm də bu məqsəd üçün guya elmin müdafiə və mühafizəsini öz boyunlarına götürmə görünüşü vermələri, şübhəsiz, böyük saxtakarlıqdır. Əslində, darvinizm iddiasının tam əksinə elmə qarşı hərəkət edir. Elmi dəlilləri ört-basdır etməyə çalışır. Laboratoriyalarda həyata keçirilən təcrübələrin üzə çıxardığı nəticələrə müxalif olan iddiaları müdafiə edir. Əldə edilən fosillər ara formaların heç mövcud olmadığını sübut edərkən canlıların özlərindən əvvəl saysız-hesabsız ara forma qoyaraq bir-birlərindən təkamüllə törədikləri yalanını irəli sürür. Elm saxtakarlığı darvinizmlə birlikdə ortaya çıxmış anlayışdır. Darvinistlər elmi muzeylərdən, elmi KİV-lərdən istifadə edərək bu saxtakarlıqları bilə-bilə heç çəkinmədən insanlara təqdim edirlər. Elmi kitab və jurnallardan istifadə edir, heç vaxt baş verməmiş təkamül tarixi nağılını bu KİV-lərdə danışırlar. Heç vaxt mövcud olmamış qəribə bir canlının şəklini çəkir, bunu tarixi keçmiş kimi göstərməyə çalışırlar. Elm əleyhdarı olan bu din elmilik adı altında ən böyük yalanlardan birini söyləyir.
Belə böyük bir yalanın dəstəkçisi olmalarının səbəbi, şübhəsiz ki, darvinistlərin dəccaliyyətə kor-koranə bağlılıqlarıdır. Dəccali sistem insanları yalana yönləndirən batil sistemdir.
8. Darvinistlər yazılı və vizual mediadan istifadə edirlər
Yazılı və vizual media insanların böyük qisminin ən çox təsirləndikləri təlqin vasitələrinin önündə gəlir. Bəzi insanlar elm adamlarının sözlərinin hamısına sanki iman gətirən kimi elmi jurnalların müəlliflərinə, televiziyada verilən xəbərlərə də eyni şəkildə etibar edirlər. Dövrümüzün tanınmış darvinist KİV-lərinin hər hansı birində çıxan darvinist xarakterli bir məqalə onu oxuyan bir çox insan üçün qənaətbəxş istinaddır. İnsanlarda darvinizmin saxta dəlillərini dərc edən bir elm jurnalının mütləq doğrunu yazacağı kimi qənaət var. İnsanların bir çoxu sözügedən jurnalın darvinizm dininin sadiq üzvlərindən biri olması həqiqətindən xəbərsizdirlər. Eyni zamanda, darvinizm dininin müdafiəçisi olduqda ağıldan, məntiqdən, doğru, elmi olandan kənar hərəkət edildiyini bilmirlər.
Hal-hazırda darvinist diktatorluğun təsiri ilə çoxlu sayda elmi jurnal darvinizmin tərəfdarıdır. Dünya səviyyəsində darvinizm əleyhinə heç bir KİV-in ön plana çəkilməsi qəbuledilməzdir. Elə bu səbəbdən, darvinistlərin sahib çıxdıqları, müdafiə edib dəstəklədiyi KİV-lərin verdikləri xəbərlər bu KİV-lərin dünya səviyyəsində qəbul edilməsinə görə bir çox oxucu və ya tamaşaçı tərəfindən dərhal qəbul edilir.
Lakin bu, böyük səhvdir.
Darvinistlərin məqsədi sadəcə təbliğatdır. Onlar “New Scientist” və ya “National Geographic”də çıxan aldadıcı təkamül xəbərindən oxucuların böyük qisminin şübhələnməyəcəyini düşünərək hərəkət edirlər. Dünyada tanınan akademiklərin məşhur məqalələrinin dərc edildiyi “Nature” kimi elmi jurnalın yalan xəbər verməsi ehtimal etmədikləri vəziyyətdir. Onsuz da bu vəziyyət darvinist təbliğat baxımından o qədər faydalı şərait əmələ gətirir ki, darvinistlərin “palçıqlı suda təsadüfən ilk hüceyrənin əmələ gəlməsi” hekayəsi kimi ağlasığmaz komediyaya bir çox insanları inandırmaları çətin olmaz. Bu hekayənin mürəkkəb ifadələrlə və elm adamının imzası ilə darvinizm tərəfdarı “Nature” kimi jurnalda çıxması kifayətdir.
Materialist düşüncəyə malik olan bir insan və ya bir icma materializmi yaşatmaq üçün hər şeyi gözə alır. Materializm tərəfdarı KİV-lərin etdikləri də budur. Onlar darvinizmi gündəmdə tutmaq və onu müdafiə etmək üçün hər şeyi edir və açıq şəkildə elmdən maska kimi istifadə edirlər. Bu materialist düşüncəni “Nature” jurnalının bu ifadələri kifayət qədər açıqlayır:
Bütün faktlar hər şeyi nizamlayan bir varlığı göstərsə belə, belə bir hipotez elmdən kənar qalardı, çünki naturalist deyil. 169
Göründüyü kimi, materialistlər bütün konkret elmi kəşflər yaradılışı təsdiqləsə də, bunu qəbul etməməyə özlərini şərtləndiriblər. Belə olduqda, elmilikdən söz açmaq, əlbəttə, mümkün deyil. Materialistlərin darvinizmə olan sədaqəti elmi deyil, doqmatikdir. Darvinizm elmi cəhətdən məhv edilməsinə baxmayaraq, müdafiə edilir, yaradılış isə saysız-hesabsız elmi kəşflə təsdiqlənməsinə baxmayaraq, bu kəslər tərəfindən cahilliklə inkar edilir. Çünki materializmə əsasən, maddədən başqa bir açıqlamanın qəbul edilməsi qeyri-mümkündür. Elə buna görə, elmi görünən bütün bu jurnalların, elmiliklə əlaqəsi olmayan təkamül kimi nəzəriyyəni müdafiə etmələrindəki israr başa düşülür. Bu KİV-lər üçün canlıların yaradılması həqiqətini göstərən dəlillər qəbuledilməzdir. Ona görə, darvinistlər üçün bunun əvəzinə bütün dünyaya saxta üsullarla hakim edilmiş bu yalanı tutarlı və doğru kimi göstərməyə çalışmaqda mənfi bir şey yoxdur.
Belə ki, bu KİV-lərin dəstəkçisi olan müxtəlif elmi mərkəzlərin Allah`a inama olan düşüncə tərzlərini dəyərləndirdikdə bu vəziyyət daha yaxşı başa düşülür. “Nature” jurnalında Milli Elmlər Akademiyası (National Academy of Science) üzvlərinin dinə münasibətləri ilə bağlı aparılan son araşdırmada ortaya çıxan nəticə budur: biologiya və fizika elmlərindən 517 MEA üzvünün yarısının verdiyi cavaba görə, bu elm adamlarının 72.2 %-i ateistdir. 20.8 %-i aqnostik, yalnız 7.0 %-i Allah`ın varlığına inanır. 170 Neyrobioloq təkamülçü Robert Provin “Artıq çox az əsl dindar bioloq qalıb. Çoxu ateistdir və bu hala təkamül anlayışı və digər elmlər səbəbi ilə düşmüşdür” etirafı ilə bu həqiqəti açıq şəkildə dilə gətirir. 171 Bu həqiqətlərə baxdıqda elmin yaradılış gerçəyini göstərməsini ateist elm adamları arasında böyük qəzəblə qarşılandığını anlamaq, şübhəsiz, çətin olmayacaq. Elə darvinistlərin yazılı və vizual mediadan istifadə edərək göstərdikləri səyin ardındakı səbəb budur.
Hanri M. Morris darvinizm adı altında həyata keçirilən bu yalançı təlqinin çıxış nöqtəsini belə izah edir:
Bu gün Darvinin təkamülün qanununu kəşf etməsinə inanırlar. Nəticədə, Darvin bütün dövrlərin ən böyük elm adamlarından biri kimi alqışlanır. Bununla birlikdə, həqiqət budur ki, Darvin sadəcə qədim bütpərəst dininin canlandırılması üçün katalizator rolunu oynayır. Həm də bir çox qərbi Avropa ölkəsinin bir əsrdən çox müddət ərzində hazırlaşdırıldığı Allah`a qarşı çıxmağın (Allah`ı tənzih edirik) baş verdiyi dövrdə. 172
Bəzi insanların “elm adamı yalan deməz”, “o qədər məşhur elmi jurnal yalan yazmaz” fikirləri onları illərlə aldatmışdır. Bu insanların öz aralarında qurduqları yanlış iman sistemi darvinistlərin bundan faydalanmalarına, elmdən pis məqsədlə istifadə etmələrinə səbəb olmuşdur. Lakin bu qəti həqiqətdir: materialist elm adamı əgər həqiqətlər öz mənafeyinə uyğun deyilsə və əgər həqiqətlər materializmi dəstəkləmirsə, asanlıqla insanları aldadar. Hal-hazırda dünyadakı elm adamlarının böyük əksəriyyəti darvinizmi müdafiə edərək açıq şəkildə insanları aldadırlar. Uşaqların belə inanmayacağı boş hekayələri elmi cəhətdən mümkün olmadığına baxmayaraq insanlara danışırlar. Bu vəziyyət hal-hazırda effektiv olan və dünyadakı bütün darvinist elm adamları tərəfindən tətbiq edilən sistemdir. Başqa sözlə, bir darvinist elm adamı bütün həyatını elmlə məşğul olmasına baxmayaraq, asanlıqla elm adından insanları aldadır, bütün həyatını bu yalana həsr edir.
DNT-ni kəşf edərək Nobel mükafatı alan, bütün həyatını təkamül yalanını müdafiə edərək keçirən və 2004-cü ildə “insanın bir neyron yığını” olması şəklində diqqət çəkən sözləri ilə ruhun varlığını inkar edərək ölən fizik və biologiya professoru Frensis Krik buna ən yaxşı misaldır. Ateist olan fizik molekulyar bioloq və neyrobioloq kimi Allah`ın üstün sənətinə dair saysız-hesabsız dəlili görməsinə və bunları şəxsən kəşf etməsinə baxmayaraq, onların hər birinin bir yaradılış möcüzəsinə işarə etməsi həqiqətini insanlardan gizlətmək üçün həyatı boyu çalışmışdır. Hətta Allah`ın varlığını qəbul etməmək üçün (Allah`ı tənzih edirik) həyatın kosmosdan gələn varlıqlar tərəfindən gətirildiyini belə iddia edəcək səviyyəyə düşmüşdür. 173 Naturalist, darvinist düşüncə tərzinin bir elm adamına gətirdiyi nəticə bu cür alçaldıcı məntiqsizlikdir.
Buna digər nümunə də paleontologiyanın göstərdiyi bütün yaradılış dəlillərini şəxsən görüb tədqiq etməsinə baxmayaraq, həyatı boyu ateist və naturalist olmuş başqa darvinist elm adamı, Harvard paleontoloqu Stefan Cey Qulddur. S.C.Quld da eynilə Krik kimi bütün həyatını elmlə məşğul olaraq keçirmiş, Allah`ın açıq-aydın olan varlığını öz ağlına görə inkar etmək üçün (Allah`ı tənzih edirik) “sıçrayışlı təkamül” kimi olduqca məntiqsiz və dəlilsiz bir nəzəriyyəni həyatı boyu müdafiə etməkdən çəkinməmişdir.
Belə olduqda, darvinist elm adamlarının hər etdiyinin və hər dediyinin doğru olduğuna inanmaq ağılsızlıqdır, şüursuzluqdur. Lakin həyatı boyu inkar içində olan bu insanların bilmədikləri və qavramadıqları bir həqiqət var: aləmlərin Rəbbi olan uca Allah həyatı boyu dəccaliyyəti yaymaq üçün səy göstərən, bütün ömrünü bu mübarizədə keçirən insanların etdiklərinin boşa çıxacağını ayələrində xəbər vermişdir:
De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onların dünya həyatındakı bütün əməlləri boşa çıxsa da, yaxşı işlər gördüklərini zənn edirdilər. (Kəhf surəsi, 103-104)
Dəccalın dəstəkçiləri dünya həyatında Allah inamına qarşı göstərdikləri səyin bir dəyəri olacağını, bununla üstün gələcəklərini və qazanacaqlarını zənn edirlər. Lakin bu, əvvəlindən çürük olan bir sistemdir. Haqq dinə qarşı olan bütün sistemlər Allah`ın vədi ilə mütləq məğlub olmağa məhkumdur. Uca Allah, şübhəsiz ki, hər şeyə qadirdir. Allah ayəsində belə bildirir:
Hər kəs Allah`ı, Onun peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allah`ın firqəsidir. (Maidə surəsi, 56) Darvinistlərin elmi ideologiyalarına oyuncaq edərkən işlətdikləri ən klassik taktikalardan biri də özlərindən olduqca razı üslubdan istifadə etmələridir. Təkamül haqqında qəti doğru olan və müzakirəyə ehtiyac olmayan elmi nəzəriyyə kimi bəhs edərkən Darvini də sanki dünyanın ən məşhur elm adamı elan edirlər. Lakin bir çox elmi tarixçi və yazıçının da açıq şəkildə etiraf etdiyi kimi, Darvin yeni bir şey kəşf etməmiş, ağıl və məntiqlə və ya müşahidə ilə bir nəzəriyyə irəli sürməmişdir. Bir qrup sərxoş dənizçi ilə uzaq dəniz səyahətinə çıxmış, hətta bu səyahətdə topladığı bir çox canlı növünü tədqiq etmədən bir kənara atmış, babasından öyrəndiyi qədim Misir və Şumerdən bəri mövcud olan təkamül yalanını yenidən gündəmə gətirmişdir. Təbii ki, darvinistlər bu həqiqəti heç vaxt dilə gətirmirlər, hətta ehtiyatla gizlədərək insanları aldatmaq üçün Darvini böyük elm adamı kimi göstərməyə çalışırlar. Molekulyar fizik və eyni zamanda, teologiya professoru olan Alister Mak-Qrata bu vəziyyəti belə ifadə edir:
XIX əsrdə Amerikanın məşhur ateist yazıçısına çevrilən dəmiryolu vəkili Robert Qriin İnqersoll (1833-1899) ... 1884-cü ildə yazdığı bir məqaləsində bunu açıqlayıb: “Bu əsrə Darvin əsri adı veriləcək... Onun təkamül doktrinası ən uyğun olanların yaşama doktrinası və növlərin mənşəyi doktrinası mühafizəkar xristianlığın son qalıqlarını bütün düşünən ağıllardan sildi”. 174
Bu hal, şübhəsiz, sözügedən elm adamlarının məqalələrinin dərc edildiyi elmi jurnallara da aiddir. Dünyanın tanınmış elmi jurnallarında ancaq darvinizm təbliğatı aparıldığına görə, bu jurnallarda ancaq darvinist elm adamlarının məqalələrinə yer verildiyinə görə və bu elm adamları da ideoloji cəhətdən təkamül yalanını davam etdirmək və müdafiə etmək məcburiyyətində olduqlarına görə, elmi terminlərlə bəzədilmiş məqalələrin mütləq doğru olduğuna inanmaq eyni ağılsızlıqdır. İnsanlara bu batil inanc sistemini darvinistlər illər boyu tətbiq etmişdir. Lakin artıq bunun aradan qalxma və gerçək elmi kəşflərin qəbul edilmə vaxtı gəlmişdir. Darvinizmin ən mühüm təbliğat silahı olan yazılı və vizual KİV insanları aldada bilmədikdə darvinistlərin əlində təbliğat üçün başqa istifadə sahəsi qalmayacaq.
9. Darvinistlər təkamülə qarşı olan inancların məntiqsiz olması yalanını qəbul etdirməyə çalışırlar
Təqsiri qarşı tərəfin boynuna atmaq bəlkə də ən yaxşı tanınan psixoloji müharibə taktikasıdır. Öz qüsurlarını və ya təqsirləndirildiyi şeyləri qarşı tərəfin üstünə ataraq aparılan mübarizədə bu taktikanı tətbiq edən tərəf, adətən, bu istiqamətdə kim daha güclü təbliğat apararsa, onun qazanacağını düşünür. Yəni haqsız və təqsirkar tərəf əgər təbliğatını yaxşı aparmışsa, haqlı və incidilmiş tərəf kimi görünəcək və öz ağlına görə mübarizəni qazanacaqdır.
Bu məlum taktika darvinistlər tərəfindən çox açıq şəkildə tətbiq edilir. Saxtakarlıq edən, hər hansı bir yalanı müdafiə edən, ağıl və məntiqə zidd olan, aldadan tərəf darvinistlər olmasına baxmayaraq, məntiqə uyğun olmayan fikirləri müdafiə edənlərin təkamülü inkar edənlər olduğuna insanları inandırmağa çalışırlar. Darvinistlər insanları bu yalana inandırdıqları və insanları kifayət qədər yaxşı və təsirli şəkildə yönləndirdikləri halda, uğur qazanacaqlarına inanırlar. Bu şeytani taktikanın mütləq öz faydalarına olacağını və bütün etdikləri saxtakarlıqları ört-basdır edəcəyini düşünürlər. Lakin unutduqları mühüm həqiqət var: batil olan heç vaxt qalib gəlməz. Bu, Allah`ın qanunudur. Uca Rəbbimiz olan Allah`ın ədaləti mütləq yerini tapacaqdır. Doğru olan ilə yalanı bilən Allah mütləq batili aradan götürəcək və haqqın yerini möhkəmləndirəcək. Darvinist taktikalar dəccalın oyunudur və bütün varlıqlar kimi dəccalı da yaradan Allah onun bütün oyunlarını yerlə bir edəcək. Allah bir ayəsində belə buyurur:
Bu, bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir! (Ənfal surəsi, 18)
Yaradılış həqiqətinə qarşı uydurulan bu saxta metodun təsirli olduğu illər ərzində darvinistlər yaradılış həqiqətindən bəhs edənləri müxtəlif iftira və ittihamlarla mühakimə etmişdirlər. Əslində, darvinistlərin iman gətirənlərə atdığı iftiralar tarix boyu olmuş və Quranda baş verəcəyi xəbər verilən hadisələrdir. Göylərin və yerin hakimi olan uca Allah bu iftiranı atanların halını ayəsində belə xəbər vermişdir:
Onlara: ”Başqaları iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” -deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin bilmirlər. (Bəqərə surəsi, 13)
Darvinistlərin qarşı tərəfi təqsirləndirmələrinin səbəbi yaradılışın mütləq həqiqət olduğunu şübhəsiz bilmələridir. Öz ağıllarına görə nümayiş etdirdikləri lağlağı münasibətin ardındakı səbəb nəzəriyyələrinin elmi kəşf və dəlillərlə dəstəklənmədiyini bilmələri və buna görə də insanlara söz yığını ilə təsir etməyə çalışmalarıdır. Bunun dəccalın sisteminə fayda verəcəyinə inanırlar. Berkeley Universitetindən hüquq professoru Filip E. Conson bu taktika ilə bağlı bunları deyir:
... Tələbələrin pulcuq qanadlı güvə hekayəsindəki qüsurları, Hekelin rüşeym rəsmlərindəki saxtakarlığı, Kembri partlayışının sirrini və qabaqcıl darvinçilərin darvinizmin dini mənaları ilə bağlı, əslində, nəyə inandıqlarını da öyrənməlidirlər. Bu təhsildə çox keçmədən səlahiyyətlilər bir üsyanın başladığını görəcəklər. Darvinçilər taktikalarını dəyişdirməz, çünki təkamül haqqında verilən doğru təhsil təkamülü dirçəldə bilməyən fərziyyələri açıq-aydın işıqlandıracaqdır.
Realist təriflə naturalizm (batil) bir dindir və həddindən artıq doqmatikdir. Bir növ inancla müdafiə edilən son reallıq haqqındakı təməl sübuta əsaslanır və öz “bilik” və “ağıl” anlayışlarına malikdir. İnformasiyanın duyğularımızdan qaynaqlandığını və daha mürəkkəb məlumat növlərinin elmi araşdırmadan irəli gəldiyini söyləyir. Naturalist tərifə əsasən, fövqəltəbiinin biliyi deyə bir şey ola bilməz. Allah haqqındakı fikirlər ağıldan kənar, ya da ağıla qarşı şəkildə tərif edilir. 175 (Allah`ı tənzih edirik)
Lakin, əslində, naturalizm və materializm öz-özlüyündə ağıldan kənardır. Bu batil inancların tərəfdarları şansa, təsadüfə, şüursuz hadisələrə yaradıcılıq vəsfi verən (Allah`ı tənzih edirik), ağıllı dəyərləndirmə qabiliyyətindən məhrum insanlardır. Təsadüfü saxta tanrıya çevirən batil bir dinin müdafiəçilərinin bilik dedikləri şey də təsadüflərin hər şeyi yoxdan var etməsi fikrinə əsaslanır. Ona görə, burada haqqında bəhs etdiyimiz şey ağıl və məntiqdən kənar olan batil inanc sistemindən ibarətdir. Elə bu səbəbdən, naturalizm, materializm və darvinizmdən söz düşdükdə, ağıl və ya bilik kimi anlayışlar haqqında danışmağın mümkün olmayacağını anlamaq çətin deyil.
Darvinistlər açıq-aydın həqiqət olan yaradılış həqiqətinin geniş şəkildə izah edilib insanları inandırmasından çox qorxurlar. Çünki bilirlər ki, yaradılış həqiqətini dəstəkləyən saysız-hesabsız dəlil var və bunları görən bir insanın təkamül yalanına aldanması artıq mümkün olmayacaq. Digər tərəfdən darvinizmi dəstəkləyən bircə dəlil belə yoxdur. Bu böyük yalanı müdafiə edən şəxslərin öz zəif ağıllarına görə ciddi cəhdlə yaradılış inancını tənqid etmələrinin əsl səbəbi elə budur. Nyu-York Universitetindən kimya professoru təkamülçü Robert Şapiro nəticələr heç vaxt təkamül nəzəriyyəsini dəstəkləməsə də, mütləq sona qədər darvinizmi müdafiə edəcəyini bu ağıldan kənar məntiqlə ifadə edir:
Gələcəkdə bir gün bütün məntiqli kimyəvi təcrübələr həyatın mümkün mənşəyinin tamamilə səhv olduğunu göstərə bilər. Habelə, yeni geoloji sübutlar dünyadakı həyatın ani surətdə meydana gəldiyini göstərə bilər. Sonda bütün kainatı kəşf edib başqa bir yerdə bir həyat izinə və ya həyata səbəb olan prosesə rast gəlməyə bilərik. Belə olduqda, bəzi elm adamları cavab üçün dinə müraciət edə bilərlər. Ancaq mən də daxil olmaqla, digərləri əldə olan daha az mümkün elmi açıqlamaları əlimizdə qalanlardan daha mümkün olanını seçmək məqsədilə axtarmağa çalışacaqdır. 176
Elə bu sözlər dəccalın qaranlıq sistemini aydın görmək üçün, şübhəsiz, kifayətdir.
10. Darvinistlər meymunla insanın bənzərliklərindən istifadə etməyə çalışırlar
Yuxarıdakı sətirlərdə darvinizmin olduqca bəsit məntiqə əsaslandığını və həyatı öz ağlına görə səthi və primitiv açıqlama meylində olması məsələsinə toxunmuşduq. Darvinistlərin istifadə etdikləri ən mühüm təbliğat vasitələrindən biri meymunlardır. Meymun müxtəlif anatomik xüsusiyyətlərinə görə, həqiqətən də insana bənzər şəkildə yaradılmış bir varlıqdır. Elə darvinistləri ən çox aldadan və darvinistlərin də insanları ən çox aldatmasına səbəb olan ünsür bu bənzərliklərdir.
Darvinistlər meymun-insan bənzərliyindən istifadə etmək üçün bir meymunu ön plana çəkir və onun müxtəlif davranışlarını, alətdən istifadə etməsini, öyrənmə qabiliyyəti kimi xüsusiyyətlərini vurğulayan göstəriş edirlər. Məqsəd oxucularda insanın meymun soyundan gəldiyinə dair məşhur darvinist yalanın doğru göstərən fikir yaratmaqdır. Bəzi insanlar bu təlqini qəbul etdikdən sonra zooparka getdikdə və ya meymunlarla bağlı sənədli filmə baxdıqda həmin fikrə düşürlər. Belə ki, darvinist yalandan çox təsirləndiklərinə görə, gördükləri canlının bir az inkişaf etdikdə, tüklərdən təmizlənib yaxşı qidalandıqda asanlıqla insana çevriləcəyinə dair bəsit məntiqlə düşünməyə başlayırlar. Bir neçə fiziki bənzərlik darvinist təlqinin təsirli olmasına zəmin yaradır. İnsana bənzər bəzi ibtidai davranış formalarını öyrənmiş meymunlarla bağlı proqramlar dəfələrlə darvinist televiziya və internet saytlarında yayımlanaraq ön plana çəkilir. Bir meymunun öyrədildikdə nələr edə bildiyini görən və darvinizm haqqında çox məlumatı olmayan bəzi tamaşaçılar gördüklərindən aldıqları darvinist təlqinlə tamamilə səhv düşüncə tərzinə malik olurlar. Meymunun göstərdiyi ağıllı davranışlar bu canlıların insanların qədim əcdadları olduğuna dair aparılan təbliğatı gücləndirmək üçün dəfələrlə göstərilir.
Lakin bu, başqa bir darvinist yalandır.
Meymunların müxtəlif xüsusiyyətlərinə görə insana bənzərlik təşkil etdiyi doğrudur. Amma bu hal insanla meymunun tamamilə fərqli canlılar olması həqiqətini dəyişdirmir. Meymun Allah`ın izni ilə bu dünyada mövcud olduğu müddət ərzində meymundan fərqli bir canlı olmayacaq, nə qədər təlimləndirilsə də, insan kimi düşünmə, qavrama, şərh etmə, qabaqcadan düşünmə, ağıllı davranma, mühakimə yürütmə, planlı və şüurlu hərəkət etmə, nitq kimi xüsusiyyətlərə malik olmayacaqdır. Nə qədər hərəkətləri təqlid edib yamsılasa da, bir meymun heç vaxt təyyarə dizayn edə bilməyəcək, göydələnlər inşa edə bilməyəcək, şeir yazmayacaq, laboratoriyalarda insan üzərində tədqiqat apara bilməyəcəkdir. Çünki meymun Allah`ın ona xüsusi olaraq verdiyi anatomik xüsusiyyətlərə malik olan, nitq qabiliyyəti və ən vacibi insanı insan edən şüur, ağıl və ruhdan məhrum olan varlıqdır. Onun sadəcə bir neçə şeydə bacarıqlı olması insanın əcdadı olması iddiasına dəlil deyil.
Darvinistlər bu iddiaları ortaya atarkən insan və heyvan arasındakı ən mühüm fərqi unutdurmağa çalışırlar. İnsan: “Mənəm”, - deyən, öz varlığından agah olan, nə üçün yaradıldığını, nə üçün mövcud olduğunu düşünən, mühakimə yürütmə qabiliyyətinə malik canlıdır. İnsan, bu səbəbdən, digər canlıların hamısından qeyri-adi dərəcədə fərqlənir. Anatomik xüsusiyyətlər və bacarıqlar bununla müqayisədə çox kiçik ayırd edici ünsürdür. “Mənəm”, - deyən, varlığından agah olan şüurlu varlıq heç bir materialist açıqlama ilə açıqlana bilməz. Heç bir materialist açıqlama öz varlığının şüurunda olmayan, şüuru qapalı bir canlının ruhu olan və varlığının şüurunda olan bir varlığa çevrilməsi hekayəsini izah edə bilməz. Darvinistlər bu elmdən kənar açıqlamaya dair istədikləri qədər saxta fosil dəlillər göstərməyə çalışsalar da (göstərilən bütün fosillərin saxta olduğu üzə çıxmışdır), insandakı şüurun və ruhun varlığını əsla izah edə bilməyəcəklər. Elə insanın saxta təkamülündən bəhs edərkən və bu mövzuda saysız-hesabsız kəllə sümüyünü dəlil kimi göstərməyə çalışarkən darvinistlərin yeganə toxunmaq istəmədikləri və onları tam mənada çarəsiz edən mövzu budur.
Bütün bunlarla bərabər darvinistlərin ən böyük dəlil hesab etdikləri bacarıq baxımından meymundan daha ağıllı xüsusiyyətlər nümayiş etdirən canlılar var. Qarğa, arı, qunduz, termit kimi canlılar bəzən meymunlardan daha ağıllı və bacarıq tələb edən davranışlar göstərirlər. Ona görə də qabiliyyət və bacarığa əsaslanan bənzərlik iddiası tamamilə yalandır.
Hər şeydən əvvəl darvinistlər insanı insan edən, gördüklərindən, eşitdiklərindən təsirlənməsini, onların üzərində düşünməsini, ağıllı hərəkət etməsini, hörmət, sevgi, vəfa kimi anlayışlara malik olmasını, mühakimə yürütməsini təmin edən ruhu izah etməlidirlər. Maddənin mütləq varlığına inanan, insan şüurunu sadəcə neyron yığını kimi görən bu təfəkkür ruhun varlığı həqiqəti qarşısında susur. Darvinistlər uzun müddətdən bəri şüurun mənşəyi və xəyali təkamülü haqqında araşdırmalar aparır, daha yaxşı ifadə ilə, bu mövzuda təbliğat metodları hazırlamağa çalışırlar. Lakin maddi varlığı olmayan bir anlayışı maddə ilə izah etmələri, hətta buna alternativ şərh vermələri qeyri-mümkün olduğuna görə, bu mövzu haqqında heç bir iddiaları yoxdur. Çünki şüurun mənşəyi, yəni insanı insan edən ruh Allah`a aiddir. Allah Özündən bir lütf olaraq bunu insana bəxş etmiş və onu digər canlılardan xüsusilə bu cəhəti ilə fərqləndirmişdir. Darvinist yalan bu məsələdə çarəsiz və səssizdir.
Allah Quranda insanı Öz ruhundan yaratdığını belə bildirir:
O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz Ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz nə az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)
11. Darvinistlər vizual təlqinlə etdikləri sehrin təsirini yaymağa çalışırlar
Darvinist KİV-in demək olar ki, hamısında görmüsünüz. İllər boyu Nebraska adamı ən mühüm təkamül dəlili kimi tanıdılmışdır. Bu xəyali varlığı tanıdan məqalələrin elə yan tərəfində çox tanış şəkil yerləşir. Bir az əyri yerişli bir meymun adam, arvadı, yaşadığı mühit, əlində ov silahı və s. Şəkil o qədər hərtərəflidir ki, sözügedən xəyali varlıq haqqında zehinlərdə kifayət qədər təsəvvür əmələ gəlmişdir. Çox araşdırma imkanı olmayan, mövzu haqqında məlumatsız oxuculara yönələn darvinist məqsəd əldə edilmişdir. Darvinist yalandan xəbərsiz olan oxucular ailəsi ilə birlikdə ibtidai şəraitdə yaşayan meymun adamın varlığına asanlıqla inanırlar.
Lakin bu həqiqətdən kənardır.
Nebraska adamı kimi insanlara tanıdılan bu xəyali varlıq bircə dişdən uydurulmuşdur. Daha əvvəl bu barədə təfərrüatlı danışdığımız kimi, bu diş də bir qabana aiddir. Yəni insanlara vizual təlqinlə verilən fikir qabanın azı dişindən uydurularaq meydana gətirilmişdir. Hər hansı yolla bu donuz dişindən xəyali Nebraska adamının ailəsinin şəkilləri ortaya çıxmışdır. Başqa sözlə, çox böyük hiylə qurulmuş, insanlara açıq-aşkar yalan deyilmişdir.
Bu təlqin metodu hələ də davam edir. Dənizdən quruya doğru hərəkət etməyə başlayan, üzgəcləri getdikcə qollara çevrilməyə başlayan balıq rəsmi tamamilə təxəyyül məhsulu olan rəsmdən ibarətdir. Darvinistlər heç bir dəlili olmayan belə bir keçid prosesinə insanları inandırmaq üçün yenə eyni metoddan istifadə ediblər. Bir saxtakarlığa yer verən elmi jurnal və ya elmi saytda sözügedən xəbərin yanında mövzu ilə heç bir əlaqəsi olmayan, getdikcə dikələn və insana çevrilən meymun rəsmini qoymaq mövzunun təkamüllə əlaqələndirilməsini təmin etməkdir. Hər hansı bir oxucu verilən bu xəbəri vizual effektlərlə təkamülün bir hissəsi, hətta dəlili kimi qavrayır. Çox vaxt sözügedən məqalədə yazılanları oxumur, amma buradakı təkamülə işarə edən rəsm hafizəsində qalır. Eyni şəxs klonlaşdırma və ya genom layihəsi xəbərlərinin yanına qoyulan və mövzu ilə tamamilə əlaqəsiz olan təkamül rəsmlərindən də eyni şəkildə təlqini alır. Genom layihəsindəki hər hansı elmi irəliləyiş ona təkamülün də sanki elmi cəhətdən sübut edilməsi təsəvvürünü verir.
Bu saxta vizual təlqin tipik darvinist təbliğat metodudur. Psixoloji təlqin metodlarının ən çox istifadə edilənlərindəndir. Lakin, əslində, bir kəllə sümüyü fosili üzərində həyata keçirilən rekonstruksiyalar sadəcə müxtəlif sənətkarların fərqli fantaziyalarını əks etdirən sənət nümunəsidir. Eynilə Nebraska adamı misalında olduğu kimi.
Şübhəsiz, bunun elmlə heç bir əlaqəsi yoxdur. Bunların təkamülə də heç bir aidiyyəti yoxdur. Elmi dəlil gətirmək yerinə saxta təlqin metodundan istifadə edilir, vəssalam.
C.Uels bu darvinist saxtakarlığa aşağıdakı kimi misal çəkir:
1972-ci ildə Keniyanın şimalında tapılan məşhur kəllə sümüyü fosili üst çənənin kəlləyə bitişdirilmə formasına görə müntəzəm olaraq görünüşünü dəyişdirirdi. Paleoantropoloq Alan Uolker, Maykl Dey və Riçard Likey 1470-ci il tarixli kəllə sümüyünün iki hissəsini tədqiq edərkən Rocer Levin aparılan dəyişdirmə işlərinin sayını hesablayırdı. Levinə əsasən Uolker belə deyib: “Üst çənəni irəli doğru qaldıra bilər və ona uzun sifət yerləşdirə bilərsən və ya çənəni onun içinə salıb sifəti qısalda bilərsən... Bunlardan hansını edəcəyin, əslində, sənin fikirlərinə bağlıdır. İnsanların onunla nə etdiklərini görmək çox maraqlıdır”. Levin Likeyin də hadisəni yenidən xatırlatdığını qeyd edir:
“Bəli, onu bu şəkildə tutsan, belə görünər, bu şəkildə tutsan, başqa cür görünər”.
Son vaxtlarda National Geographic jurnalı 1470-ci il tarixli kəllə sümüyü ilə eyni növə aid olduğu hesab edilən yeddi sümük fosili qəliblərindən dişi fiquru yenidən düzəltmək üçün dörd sənətkara tapşırıq verdi. Sənətkarlardan biri alnı olmayan, alt və üst çənəsi dimdikli dinozavra bənzəyən məxluq çəkdi. Digər sənətkar nisbətən yaxşı görünən, lakin qəribə tərzdə uzun qollara malik müasir afrikan-amerikalı qadın rəsmi çəkdi. Üçüncü sənətkar qorillaya bənzəyən qolları və Hollivud canavarına bənzəyən üzü olan sısqa dişli rəsmi çəkdi. Dördüncü sənətkar isə bədəni tüklərlə örtülü, ağaca dırmaşan və qorillaya bənzəyən qalın qaşlarının altından ətrafı nəzərdən keçirən muncuq gözlü fiqur çəkdi.
Bu təəccüblü rəsm yığını bircə fosil dəstinin müxtəlif yollarla necə yenidən formalaşdırıldığını açıq şəkildə göstərir. Bəzən meymun-insan zəncirinə əlavə ediləcək bir ara keçid forma axtarışı hansı rəsm daha uyğundursa, ona müraciət edir. 177
Darvinistlərin asanlıqla bu saxtakarlığı etmələrindəki səbəb nəsli kəsilmiş canlı fosillərini götürərək onlara istədikləri formanı verib, istədikləri görünüşdə təqdim etmələrindəndir. Darvinistlər uydurduqları bu rekonstruksiyalardan o qədər tez-tez istifadə edirlər ki, cildlərlə təkamül kitabı sırf bu saxta rəsmlərdən ibarət ola bilər. Hətta bir təbiət tarixi muzeyinin eksponat baxımından malik olduğu yeganə şey bu rekonstruksiyalar ola bilər. İnsanlara illərlə bu saxta rəsmləri və maketləri göstərir, onların həqiqətən yaşadığına dair təlqin verməyə çalışırlar. Əlbəttə, bu muzeylərə gedən bir çox insan professorların və elm adamlarının nəzarəti altında olan, dövlətin dəstəyini almış belə bir tarix muzeyinin nümayiş etdirdiyi hər şeyin yalan və saxta olduğunu ağlına gətirməz. Hətta sırf bu səbəbdən, gördüklərindən təsirlənir, kəlləsi kiçik, çənəsi böyük, əyri yeriyən, bədəni tüklərlə örtülü bu xəyali canlının tarixən mütləq yaşadığına inanır. Oradakı bir çox insan göstərilən bu saxta heykəl və rəsmlərin, əslində, heç vaxt yaşamadığını, onların hamısının saxta olduğunu, bunu dəstəkləyən bircə fosilin belə tapılmadığını, hətta əksinə, fosillərin bu iddianı tamamilə təkzib etdiyini bilmir, heç bunu araşdırmır da. Qarşılaşdığı təlqin o qədər güclüdür və bunu dəstəkləyən elə qocaman şəxslər var ki, bunun doğruluğu ilə bağlı sorğu-sual etmək onlara məntiqsiz gəlir. Lakin bu yolla daima aldadılır, yalana ortaq edilirlər.
Təbiət tarixi muzeylərinə getdikdə elə bu fosillərdən daha çox saxta rəsmlər və ya xəyali maket varlıqlar insanlara nümayiş etdirilir. Darvinistlər fosilləri göstərə bilməzlər, çünki fosillərin hamısı mükəmməl canlılara aiddir. Fosillərin hamısı canlıların milyonlarla il əvvəl də tam və əskiksiz, mükəmməl olduğunu göstərir. Habelə, fosillər dövrümüzdəki canlıların milyonlarla il əvvəl də mövcud olduqlarını və əsla dəyişmədiklərini də göstərir. Elə bu hal paleontologiya muzeylərinin yeganə mənbəyi olmalı fosillərin kənarlaşdırılmasına səbəb olmuşdur. Fosillərin hamısı yaradılış gerçəyini sübut etdiyinə görə, darvinistlər 300 milyon fosili gizlətmiş, əsla nümayiş etdirməmiş və insanlara göstərməmişlər.
Darvinistlər müxtəlif elmi jurnallardan da vizual təlqin vasitəsi kimi istifadə edirlər. Darvinist jurnallar elmi dəlil təqdim edə bilmədikləri üçün təbliğata üstünlük verirlər. Təbliğatın ən mühüm ünsürü olan aldadıcı səhifə dizaynı, cilddə və səhifələrdə istifadə edilən rənglər, cildin dizaynı, seçilən fotoşəkillər və xitab forması oxucuya lazımi mesajı vermək üçün kafi hesab edilir. Bu görünüşün ardında gizlənən sehr, jurnalı alıb oxuyan şəxsin vizual cəhətdən jurnalın görünüşündən və içindəki rəsmlərdən təsirlənməsini və məzmun baxımından istifadə edilən latınca terminlərin təsiri altında qalmasını təmin etməkdir.
Reklamlardan kinofilmlərə, musiqi kliplərindən mahnı sözlərinə, cizgi filmlərinə, kitablara, məqalələrə qədər hər cür fürsətdən bu sehrin pozulmaması üçün istifadə edilir. Məqsəd insanların bəzi sözləri və cümlə qəliblərini əzbər bilmələri və görüntülərlə tanış olmalarıdır. Xəyali meymundan insana keçid mərhələləri, yalançı ara fosil rəsmləri, saxta ibtidai insan şəkilləri həyatın hər anını əhatə etmişdir. Qəzet və jurnallarda kiçik və ya böyük, bir kəlmə ilə və ya ətraflı şəkildə daima bu mövzu üzərində dayanırlar. Bu şəkildə insanların üzərindəki darvinist sehrin təsirinin pozulmaması məqsədi güdülür.
Yaradılışa qarşı uydurulan xüsusi metod, öz ağıllarına görə etdikləri lağlağı davranışlar da bu sehrin təsirini tamamlamaq üçündür. Allah`a inama yönələn bu lətifələrin, məqalələrin, nitqlərin, karikaturaların hamısının (Allah`ı tənzih edirik) səbəbi insanları darvinist təlqinə alışdırmaq məqsədi daşıyır. İnsanlarda Allah`a inama olan hər cür meyili aradan qaldırmaq və beyinlərdə darvinizmin təməlini qoymaq üçün edilən bu çirkin şou dəccalın oyununun bir hissəsidir.
Lakin bu sehr artıq pozulmuşdur. Dəccalın dəstəkçiləri isə içinə düşdükləri vəziyyəti tam qavraya bilmirlər. Darvinizmin gerçək olmadığına dair dəlillərin yalnız bircə dəfə izah edilməsi ilə bir insanın təkamül nəzəriyyəsinə inanmasından söz gedə bilməz. Bunu etmək üçün darvinist təbliğat metodlarındakı kimi mürəkkəb sözlər, latınca terminlər və vizual təlqinlər lazım deyil. Həqiqətlərin bircə dəfə, olduqca sadə dillə izah edilməsi, darvinizmin əsassızlığını göstərən dəlillərin bircə dəfə nümayiş etdirilməsi kifayətdir. Həyatı boyu darvinizm təlqinini almış bir insan belə bu inkaredilməz həqiqətlər qarşısında darvinizm yalanına artıq inanmaz. İnandığını desə də, bu doğru deyil, çünki artıq həqiqətləri bilir. Bir insanın qapqaranlıq bir otağın içində, pərdənin arxasındakı günəşi ancaq bir saniyəlik görməsi kifayətdir. Oturduğu otaq nə qədər qaranlıq olsa da, artıq bu şəxsi çöldə gecə olduğuna inandırmaq qeyri-mümkündür. Hal-hazırki vəziyyət də bundan fərqlənmir. İllərlə çox təsirli hesab edilən darvinist təlqinlər həqiqətlərin sadəcə bircə dəfə və elmi dəlillərlə açıqlanması ilə aradan qalxmış, bütün təsirini itirmişdir.
Rəbbimiz dəccala uyanların vəziyyətini ayəsində belə xəbər vermişdir:
Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları da onlardan uzaqlaşıb qeyb olmuşlar. (Hud surəsi, 21)
12. Darvinistlər insanlara məsuliyyətsizliyi təlqin edirlər
Tarix boyu materializmin ən böyük məqsədi insanları Yaradanın varlığı inancından uzaqlaşdırmaq və insana bir maddədən başqa bir şey olmadığı yalanını aşılamağa çalışmaq olmuşdur. Bunda məqsəd insana məsuliyyətsizlik təlqini vermək və onu təkamül keçirən heyvandan başqa bir şey olmadığına inandırmaqdır. Darvinizm materialist məntiqin davamı olduğuna görə, bu təlqini vermək insanları darvinizmə daha da yaxınlaşdırır. Çünki məsuliyyətsizlik hissi Allah inancı qəlbinə tam yerləşməmiş insanları cəzb edir. Məsuliyyətsizlik düşüncəsi ilə insanlar dünyanın zövqlərinə daha asan malik olacaqlarına inanıb yanılırlar. Həyatları boyu Allah üçün yerinə yetirməli borclarından bixəbər davranırlar. Allah`a ibadət etmək, axirətin varlığını düşünərək yaşamaq, nəfsin təlqin etdiyi pisliklərdən çəkinmək və daima gözəl əxlaqlı olmaq kimi Quran əxlaqının gətirdiyi məsuliyyətlərdən uzaqlaşacaqlarına və beləliklə, öz ağıllarına görə rahatlayacaqlarına inanırlar. Lakin rahatlıq kimi düşündükləri bu sistem, tam əksinə, böyük sıxıntı mənbəyidir. Gözəl əxlaqdan uzaq duraraq rahat olacağını düşünən şəxs gözəl əxlaqı yaşamamağın verdiyi mənəvi boşluqda daima sıxıntı içində yaşayır. Eqoist olduqda güclü olacağını, ədalətsiz davrandıqda mənfəət əldə edəcəyini zənn edən şəxs daima bu çirkin əməllərin acısını yaşayır. Pis əxlaqı özünə ziyan verir. Kimsənin kimsəni sevmədiyi, kimsənin kimsə üçün fədakarlıq etmədiyi, kimsənin kimsəyə vəfa göstərmədiyi, kimsənin kimsəni qorumadığı, ədalətin, şəfqətin, mərhəmətin olmadığı bir mühitdə yaşamağın maddi və mənəvi itkiləri ilə ömrünü hədər edər. Qısaca desək, darvinistlərin verdiyi məsuliyyətsizlik təlqini bəzi şəxslərin zənn etdiyi kimi, onların həyatını asanlaşdıran deyil, tam əksinə, çətinləşdirən, çirkinləşdirən, maddi və mənəvi cəhətdən onlara əzab verən hala çevrilir. Belə ki, bu gün bir çox qərb ölkəsinin yaşadığı sosial böhranı fikirləşdikdə bu həqiqət daha yaxşı başa düşülür.
Bütün bunlara baxmayaraq, düşünməkdən qaçan bəzi insanlar darvinizmə inanmağa daha meyilli olurlar. Çünki bəzi insanlar bəzən həyatlarının adiləşdiyini düşünərək rahatlaşmaq arzusunda olurlar. Bir çox insana heyvandan törəyən məsuliyyətsiz varlıq olduğunu düşünmək təhlükəli gəlmir. Darvinizm də elə bunun üçün lazım olanı edir, insanı sanki bir həşərat və ya milçəklə bərabər tutur.
Təkamülçü paleontoloq S.C.Quld bu məntiqi belə şərh edir:
İnsan sadəcə həyatın nəhəng cəngəlliyində sonradan üzə çıxmış, böyük ölçüdə təsadüfi kiçik kürəni təmsil edir. 178
Ateist R.Dokinzin dəstəklədiyi müxtəlif ölkələrdəki avtobus afişaları sözügedən çirkin təbliğata çox aydın və açıq misaldır. Dokinzin dəstəklədiyi avtobus afişaları ateizm təlqini verir və beləliklə, insanlara məsuliyyətsiz yaşamağın ləzzətini hiss etmələrini məsləhət görür. Çox dərin düşünməyən bir insan bu çağırışı həqiqi hesab edir və sözügedən darvinist təlqin olduqca sürətlə təsir edir. Hər şey o qədər bəsit izah edilmişdir ki, insan necə böyük yalanın içinə düşdüyünü, necə aldadıldığını heç hiss etmir.
Lakin bu afişalar böyük bir saxtakarlıqdan, ciddi yalandan ibarətdir. Bir insan iman gətirməsə də, Allah`ın uca varlığının dəlillərini daima görür, istəyib-istəməsə də, Allah`ın yaratdığı qədəri yaşayır. İman dəlilləri – həqiqətən, görən və düşünən insanlar üçün – hər yerdədir. İnsan yalnız iman və Allah sevgisi ilə xoşbəxt ola bilər, yaşadıqlarından zövq alar. Dünyadakı gözəllikləri insana nemət kimi yaradan Allah, əlbəttə, Onu daha çox sevənə və Ona daha yaxın olana bu nemətlərin gözəlliyini və zövqünü hiss etdirəcəkdir. İnkar edənlər neməti də, zövqü də verənin Allah olduğunu unutduqlarına görə, məsuliyyətsiz yaşadıqda və həddi aşdıqda xoşbəxt olacaqlarını düşünürlər. Lakin Allah`dan qafil, həddi aşaraq və məsuliyyətsiz yaşamaq onlara həmişə zülm, sıxıntı və məhv gətirmişdir. Nemətlər bəlaya çevrilmiş, zövqlər uğursuzluqla nəticələnmişdir. Bu insanlar Allah`a yaxın olmağın, Allah`a iman gətirməyin gözəlliklərini düşünmədiklərinə, nemətlərin hamısını Allah`ın verdiyini qavramadıqlarına görə, bu cür saxta təbliğat metodlarının uğurlu olacağını zənn edirlər. Lakin nə özləri gözəl və rahat həyat yaşayırlar, nə də ətraflarındakı insanlara təsir edə bilirlər. (Dokinzin müdafiə etdiyi ateist avtobus afişalarına bir çox ölkə mənfi reaksiya vermiş, Finlandiya kimi bəzi Avropa ölkələrində həddindən artıq mənfi qarşılandığına görə avtobus sürücüləri boykot etmiş, avtobus şirkətləri bu afişalardan istifadə etməmə qərarı vermiş, xalq sözügedən afişaları cırmışdır. Bunun nəticəsində, bir çox yerdə həmin afişalar qadağan edilmişdir) 179
Bu təlqinin ən çox verildiyi başqa yer isə təhsil müəssisələridir. Bir orta məktəb dərsliyi olan “Biologiya” (Biology) şagirdlərə “həyatın təbiətini” öyrənərkən bu fikri yadda saxlamağı onlara öyrədir: “Təkamül təsadüfidir və dizayn edilməmişdir”. 180 Universitet dərsliyi “Life: The Science of Biology” (Həyat: biologiya elmi) kitabını oxuyan tələbələri isə bu cümlə ilə qarşılaşırlar: “Darvinçi dünyagörüşü sadəcə təkamül proseslərini qəbul etmək deyil, eyni zamanda, təkamül xarakterli dəyişikliyin əsaslı məqsəd və ya vəziyyətlə əlaqədar nizamlanmadığını da qəbul etmək deməkdir”. 181 Bir insanın təsadüfən - kor, şüursuz təsadüflərin nəticəsində əmələ gəlməsi yalanını öyrədən təhsil sistemi, şübhəsiz, zehinlərin anarxiyanı, qarşıdurmanı, qırğını, əzməyi, mərhəmətsizliyi, eqoistliyi normal hesab edən çox təhlükəli fikirlərlə zəhərlənməsi deməkdir və bu təlqinləri alan insanların istənilən şəkildə yönəldilmələri də mümkündür. Məsələn, Duqlas Futuymanın “Evolutionary Biology” (Təkamül biologiyası) adlı dərsliyin tələbələrə öyrətdiyi yalan budur:
Darvinin kor, məqsədsiz təbii seçmə yolu ilə işləyən təsadüfi, məqsədsiz dəyişikliklər teoremi nə üçünlə başlayan, bütün suallara demək olar ki, inqilabi yeni cavab verir. Müxtəlif orqanizmlərin varlıqları və xüsusiyyətlərinin tamamilə mexaniki, materialist açıqlamasının dərin və narahatlıq verən mənası budur ki, insanın davranışından başqa təbiətin hər hansı bir yerində bir dizayn, məqsəd və ya hədəf olduğuna dair dəlilə rast gəlməmişik, buna heç ehtiyacımız da yoxdur.
Futuyma elmdən kənar açıqlamasına belə davam edir:
Əvvəla, Darvinin təkamül nəzəriyyəsi, onun yolunu izləyən Marksın materialist tarix və cəmiyyət anlayışı (qeyri-kafi və səhv olsa da) və Freydin insan davranışları ilə bağlı əlavələri əvvəldən bəri Qərb düşüncəsinin böyük səhnəsi olmuş mexanizm və materializm platformasına həyati əsas vermişdir. 182
Lakin bütün bunlar böyük yalandır.
İnsan hər şeyi bəsit və şüursuz şəkildə qavrayaraq məsuliyyətdən yaxa qurtara bilməz. Məsuliyyətdən yaxa qurtarmaq hissi də insanlara rahatlıq verib xoşbəxt etməyəcək. İnsan bu hissi üzərindən atdıqda bir anda dünya zövqlərinə malik olmayacaq, bütün dərdlərindən xilas olmayacaqdır. Ateist və darvinistlərin bilmədikləri və ya qəbul etmək istəmədikləri mühüm həqiqət var: hər şeyi Allah yaradır. Dünyadakı nemətləri də, zövqləri də yaradan Allah`dır. Ona görə, insana dünyadakı gözəlliklərdən zövq alma və rahat yaşama hissini verən də Allah`dır. Allah istəsə, bütün nemətlər, bolluq və rifah içində olan bir insana ən böyük bədbəxtlikləri və əzablar yaşada bilər. İnsan bütün zövqləri acgözlüklə yaşamaq üçün nə qədər cəhd etsə də, ona zövqü və xoşbəxtliyi verən yalnız Allah`dır. Elə ateistlərin və darvinistlərin ən böyük səhvi bu həqiqətdən qafil olmalarıdır.
Məsuliyyətsiz olduğunu düşünən bir insan hamı kimi daima sevgi, rahatlıq və etibar axtarışındadır. Amma özü kimi düşünən insanlardan ibarət cəmiyyət içində bunların heç birinə malik deyil. Məsuliyyətsiz insan həyatı boyu bir gün mütləq öləcəyini unutmağa çalışır. Əslində isə daima ölümlə üz-üzədir. Ətrafındakıların ölümünü izləyir, xəstəliklərə, qəzalara daima şahid olur. Bir həşəratın ölümü belə qaçmağa çalışdığı ölümü ona mütləq xatırladacaqdır. Ölümü nə qədər inkar etməyə çalışsa da, ölüm qorxusu bütün bədənini axır-əvvəl əsir alır. Ətrafında ölən və onun inancına əsasən, yox olub gedən insanlar üçün üzülür. Öz bədəninin keçən zamana üstün gəlmədiyini, daima ölümə yaxınlaşdığını inkar etməməyə başlayır. Ölümü rədd etmək ona rahatlıq deyil, tam əksinə, qorxu, narahatlıq və sıxıntı gətirir.
Məsuliyyətsiz yaşamaq insana, əslində, bütün sıxıntı və çətinliklərin qapısını açır. Hər şeyin Allah`ın nəzarəti altında olduğunu təqdir etməyən bir insan gələcəkdən çox qorxar. Bütün ruzinin sahibinin Allah olduğunu təqdir etməyən bir şəxs həyatı boyu bir yerdən qazanc əldə etmə həvəsində olur və demək olar ki, bütün həyatı bu yolda hədər olur. Allah`ın axirətdə insan üçün gözəlliklərlə dolu tayı-bərabəri olmayan həyat yaratdığını bilməyən bir insan daima öz inandığı sistem içində əsl sevginin, əsl dostluğun, əsl vəfanın yaşanmasını gözləyir. Lakin əsl sevgiyə bu dünyada ancaq Allah üçün yaşadığı təqdirdə malik olacaq. Allah üçün yaşamadığı müddət ərzində heç vaxt buna qarşılıq tapa bilməz. Əsl sevgi və vəfanı əldə etmədən ömrünün sürətlə keçdiyini başa düşər. Geriyə dönüş isə yoxdur. Gələcəkdə olacaqları dəhşət içində gözləyər.
Öz inancına görə, ancaq bu dünyadakı bir neçə onillik ömrü var. Axirətə inanmadığına görə, bir neçə onilliyin sonunda yox olacağını düşünür. Yox olacağını bilə-bilə bir neçə onillik ərzində dünyada yaşamaq insana necə xoşbəxtlik, zövq və rahatlıq verə bilər ki? Əlbəttə, verməz. Elə buna görə, heç bir ateist iddia etdiyi kimi, həyatdan zövq almır, gələcəkdə özünü nələrin gözlədiyini ancaq narahatlıq və qorxu içində gözləyir.
Belə bir insan həyatının sonu çatdıqda bütün həyatının boş və nəticəsiz ümidlər içində keçdiyini başa düşəcəkdir. Məsuliyyətsizliyin insana gətirdiyi bunlardır. Əgər bir insan axirəti istəmirsə, nəzarətsiz və bütün dəyərlərdən məhrum yaşamaq istəyirsə, bunun qorxunc nəticələri ilə də gec-tez qarşılaşacaqdır. Belə ki, intiharlar, müharibələr, cinayətlər, qırğınlar, oğurluq, təcavüzlər bu məsuliyyətsiz həyatın nəticəsidir.
Lakin Allah “Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?!” (Qiyamət surəsi, 36) ayəsində bildirdiyi kimi, insanı məsuliyyətsiz yaratmamışdır. İnsana rahatlıq verəcək, insanı doğru və gözəl yaşamağa, narahatlıq, qorxu və sıxıntı hiss etmədən yaşamağa yönəldəcək şey yalnız Allah qorxusu və Allah sevgisidir. Allah`dan qorxan bir insan Allah`a hesab verəcəyini bilir, vicdanına zidd yaşamaz. Allah`dan qorxan bir insan başqasına zərər verməz, pis əxlaqlı davranmaz, insanları təsadüfi varlıqlar kimi qəbul etməz. Allah`a güvənən bir insan onu yaradanın, yaşadanın, ona ruzi verənin, sağlamlıq və güc verənin Allah olduğunu və bunları ancaq Allah`dan istəyəcəyini bilir. Allah`dan qorxan bir insan Allah`ın yaratdığı xeyirli qədərə tabe olduğunu, bu dünyada ancaq imtahan edildiyini, əsl həyatın axirətdə Allah`ın təqdir etdiyi sonsuz həyat olduğunu bilir. Elə buna görə, bu dünyada daima çalışır. Allah`a qarşısında məsuliyyət daşıdığını, Allah`a hesab verəcəyini, Allah`ın onu nəzarətsiz və məsuliyyətsiz yaratmadığını bilir.
Nemətlər onun üçün sevinc səbəbidir, nemətlərin haqqını verən, onlardan zövq alan da ancaq iman gətirənlərdir. İnsanlar zövqlərin hamısını məhdudiyyətsiz yaşadıqda razı qalacaqlarını zənn edirlər. Ancaq bu insanı qeyri-məhdudiyyət, nemətlərdən bezmə, hətta iyrənmə dərəcəsinə gətirir. Zövq almağı gözlədiyi gözəlliklər insan üçün bir anda bəlaya, narahatlığa çevrilir. Amma nemətləri Allah üçün sevmək, Allah yaratdığı üçün nemətlərdən zövq almaq başqa əhvaldır. Bunu yaşayan insanın aldığı zövq qeyri-adidir və bu şüurla yaşamağın əvəzi, Allah`ın istəyi ilə, dünyada və axirətdə gözəl həyatdır. Allah ayələrində belə bildirir:
Bilin ki, Allah`ın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allah`ın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur! (Yunis surəsi, 62-64)
13. Darvinistlər “darvinizmlə Allah inancı ziddiyyət təşkil etmir” yalanını təlqin edirlər
Darvinizmin əsasını materializm təşkil edir. Materializmə əsasən, maddə sonsuzdur və maddədən üstün hər hansı bir güc yoxdur. Başqa sözlə, materializm bütün kainatı təşkil edən maddədən üstün olan, maddəyə hakim olan, maddəni daima nəzarəti altında saxlayan üstün Yaradanın varlığını inkar edir (Allah`ı tənzih edirik). Maddənin mütləq varlığı iddiası ilə ortaya atılmış darvinizmi yaşatma səyinin, bu səy üçün bütün yalanlara, saxtakarlıqlara baş vurulmasının yeganə səbəbi bütün varlıqları üstün və güclü bir Yaradanın yaratdığı həqiqətinin qəbul edilməsinə mane olmaqdır. Darvinistlər son 150 il boyu buna çalışmış, bunun üçün mübarizə aparmışdılar. Darvinizmin saxta din kimi mənimsənilməsinin ən böyük səbəbi elə budur.
Ancaq bu həqiqət, adətən, insanlardan gizlədilir, çünki bu vəziyyət geniş xalq kütlələrinin darvinizmə simpatiyasını pozacaqdır. Xüsusilə Allah`a iman gətirən inanclı insanlara mənfi təsir edəcək. Darvinizmin Allah inancına qarşı bir nəzəriyyə olması Darvinin dövründə də dindar kütlələrin etirazına səbəb olmuş, nəzəriyyə o dövrün insanları tərəfindən asanlıqla mənimsənilməmişdir. Mənimsənilməyə başlanması darvinist təlqinlər və təbliğatlar nəticəsində olmuşdur. Hal-hazırda da təhsil müəssisələrində insanın meymundan törədiyini, dinozavrların qanad açıb uçmağa başladığını öyrənən insanlar, əsasən, təkamül nəzəriyyəsinin zərərsiz elmi nəzəriyyə olduğunu düşünürlər. Nəzəriyyənin əsl üzündən isə xəbərsizdirlər. Dünyadakı dinsizliyin, diktaturaların, müharibələrin, soyqırımların, zalımlığın, degenerasiyanın, terrorun, ölkəmizdəki əsgərlərimizin şəhid edilməsinin əsas səbəbinin elmdən kənar batil nəzəriyyə olduğunu bilmirlər.
Darvinistlər də müdafiə etdikləri ehkamın əsl üzünü gizlətməyə çalışırlar. Elə buna görə, Allah`a iman gətirən kütlələri yönləndirmək, darvinizmi zərərsiz göstərmək və onların da dəstəyini qazanmaq üçün darvinizmin dinə zidd olmadığı yalanını yaymağa çalışırlar. Bu yolla tərəfdar toplayacaqlarına və təkamül nəzəriyyəsinə qarşı aparılan fikri mübarizənin daha da zəifləyəcəyinə inanırlar. Bu məqsədlə irəli sürdükləri “təkamüllə yaradılış” yalanı olduqca məntiqsiz və əsassız olmasına baxmayaraq, altdan-altdan dəstəklənir, darvinistlər tərəfindən daima gündəmə gətirilir. Hətta bunun üçün Darvinin özünün belə dindar şəxsiyyət olması yalanına əl atırlar. Ateist və darvinist Riçard Dokinz bu məsələ ilə bağlı fəaliyyət göstərən darvinist lobbinin varlığını bu sözlərlə etiraf edir:
Xüsusi təşkil edilmiş təkamülü qoruma lobbisi var. Bunların böyük əksəriyyəti ateistlərdən ibarətdir. Amma bu şəxslər orta mövqe tutan və mötədil dindarlarla dost olmaq istəyirlər. Bunu etməyin yeganə yolu təkamül ilə din arasında heç bir uyğunsuzluq olmadığını söyləməkdir. 183
Ancaq təkamüllə din heç bir şərt daxilində əlaqələndirilə bilməz. Darvinistlər özləri Allah`a inanmadıqları, təsadüfləri tanrılaşdırdıqları (Allah`ı tənzih edirik), yaradılış həqiqətinə tamamilə qarşı olduqları və bu yolda mübarizə apardıqları halda, bir anda Allah`ın kainatı təkamüllə yaratması yalanının ən böyük müdafiəçisinə çevrilirlər. Əslində, isə darvinistlər materializmə olan bağlılıqlarına görə, Allah inancını heç vaxt qəbul etməzlər. Darvinist olmaq Allah inancını inkar etməyi də özü ilə bərabər gətirir. Bir insanın elmi cəhətdən heç bir dəlili olmayan, təsadüfləri tanrılaşdıran bu bütpərəstlik dinini dəstəkləməsinin yeganə səbəbi Allah`ın varlığını inkar etməkdir (Allah`ı tənzih edirik). Darvinistlərin insanları Allah inancından uzaqlaşdırmaq üçün etməyəcəkləri şey yoxdur.
Elə buna görə, bu yalana qarşı diqqətli olmaq lazımdır!
Jurnalist Lari Uisam darvinizmin saxta din olmasının açıqlandığı və darvinist diktatorluğun təzyiq və israrlarından bəhs edildiyi Expelled “No Intelligence Allowed” (Qovulmuş “heç bir intellektə yer yoxdur”) sənədli filmində mövzu ilə bağlı belə şərh verir:
Təkamül nəzəriyyələrinin hamısında qəti şəkildə iddia edilən şey ya Allah`ın olmaması (Allah`ı tənzih edirik), ya da Allah`ın yaratdıqlarına nəzarət etməməsidir (Allah`ı tənzih edirik). Buna görə, təbii olaraq bir çox təkamülçünün də dediyi kimi, təkamül ateizm üçün ən güclü vasitədir. 184
Darvinistlər Allah inancını qəti şəkildə inkar etdikləri halda, insanlara qarşı bu çirkin oyunu oynayırlar. Lakin bu çirkin yalana inananlar bu həqiqəti düşünmürlər: Allah, şübhəsiz, bütün varlıqları müxtəlif səbəblərlə yaratmağa qadirdir. Rəbbimiz istəsə, canlıları təkamüllə yarada bilərdi. Lakin belə yaratmamışdır. Bütün varlıqlar yer üzündə yoxdan var olmuş, yoxdan yaradılmışdır.
Quranda təkamülə işarə edən heç bir ayə də yoxdur. Qurana əsasən, bütün kainat və canlılar Rəbbimizin “Ol” əmri ilə yaradılmışdır. Allah endirdiyi bütün ilahi dinlər vasitəsilə insanlara bütün kainatı yoxdan, bircə əmrlə yaratdığını və ona istədiyi formanı verdiyini bildirmişdir. Belə ki, yer üzündəki dəlillərə baxdıqda da yaradılışın Quranda tərif edildiyi şəkildə olduğunu görərik. Tapılan hər canlı növü mükəmməldir. Ani surətdə, mükəmməl görünüşdə ortaya çıxmış və heç bir dəyişikliyə məruz qalmamışdır. Canlılar milyonlarla il boyu dəyişilməyiblər. Canlıların cansız maddələrdən əmələgəlmə ehtimalı yoxdur. Bircə zülalın belə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Qeyri-adi kompleksliyə malik canlı növlərinin bir-birinə çevrilmələri iddiası elmdən tamamilə uzaqdır. Bir canlıya tamamilə yeni, faydalı informasiya əlavə edən mexanizm yoxdur. Elm bütün canlıların zülallarına, hətta atomlarına qədər möhtəşəm kompleksliyə malik olduqlarını, ani surətdə ortaya çıxdıqlarını və bir-birlərinə çevrilmədiklərini qəti və inkaredilməz dəlillərlə ortaya qoymuşdur. Beləliklə, Allah`ın təkamüllə yaratdığına dair iddia, darvinist yalanın bir hissəsidir (mövzu ilə əlaqədar ətraflı məlumat üçün baxın: Harun Yahya, Kuran Darvinizmi Yalanlıyor)
Yaradılmış hər şey Allah`ın qüdrətinin bir dəlilidir. Quranda bir çox ayədə Allah`ın bu üstün yaratması xəbər verilmişdir:
Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da olar. (Bəqərə surəsi, 117)
Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: “Ol!” – dedi, o da oldu. (Ali-İmran surəsi, 59)
Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! (Ənam surəsi, 73)
Biz hər hansı bir şeyi istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar. (Nəhl surəsi, 40)
Məgər göyləri və yeri yaradan onların bənzərini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! Bir şeyi istədiyi zaman Onun əmri ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. (Yasin surəsi, 81-82)
Dövrümüzdə elm materialist-təkamülçü iddianın əsassızlığını göstərir. Təkamül nəzəriyyəsinin iddiasının əksinə, ətrafımızdakı hər bir yaradılış dəlili kainatda təsadüfə əsla yer olmadığını insanlara sübut etmişdir. Əgər yer üzündə Allah`ın təkamüllə yaratdığına dair dəlillər tapılsaydı və Allah Quranda bunu bizə bildirsəydi, “Rəbbimiz təkamüllə yaratmışdır” düşüncəsi, əlbəttə, inananlar tərəfindən dərhal qəbul edilər və müdafiə edilərdi. Ancaq Allah Quranda “Ol” əmri ilə yaratdığını xəbər verir və təkamüllə yaratmağa dair heç bir ayə yoxdur. Həm də qəti və aydın şəkildə təkamülə dair bircə elmi dəlil yoxdur. Belə olduqda, həqiqətlər aydındır. Göylərin, yer üzünün və bütün canlı varlıqların tədqiq edilməsi ilə üzə çıxan hər detal Allah`ın güc və qüdrətinin dəlili deməkdir. Bütün varlıqlar ulu Rəbbimiz Allah`ın əmri ilə bir anda, yoxdan yaradılmışlar. Şübhəsiz, yaratmaq üçün Allah`ın səbəblərə ehtiyacı yoxdur (Allah`ı tənzih edirik). Darvinistlər elə bu mühüm cəhəti qavramalıdırlar. Allah bir ayəsində belə buyurur:
Allah`ın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: “Mənim Tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o: “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz! (Bəqərə surəsi, 258)
Allah`ın təkamüllə yaratdığını təlqin etməyə çalışanlar cinlərin və mələklərin necə yaradıldıqlarını da açıqlamalıdırlar. Bu şəxslər mələklərin və cinlərin yaradılışı məsələsi gündəmə gələndə susurlar. Allah cinlərin və mələklərin yaradılışını ayələrində bildirir:
Biz insanı quru və şəklə düşmüş qara palçıqdan yaratdıq! Cannı da daha öncə tüstüsüz oddan xəlq etmişdik. (Hicr surəsi, 26-27)
Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri elçi edən Allah`a həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir! (Fatir surəsi, 1)
İnsanın və canlıların təkamüllə meydana gəldiyini iddia edənlər nurdan yaradılmış mələklərin, alovdan yaradılmış cinlərin əmələ gəlməsini, əlbəttə, təkamüllə açıqlaya bilməzlər. Allah`ın qədrini təqdir edə bilməyən, Allah`ın bütün səbəblərdən uzaq olduğunu başa düşməyən və Rəbbimizin hər şeyi ancaq “Ol” əmri ilə yaratdığını qəbul etməyən insanlar üçün mələklərin və cinlərin varlığı bütün saxta iddiaları aradan qaldırır. Çünki cinlərin və mələklərin varlığı bu açıq həqiqəti üzə çıxarır: mələklər və cinlər təkamüllə yaradılmadıqları kimi, insan da təkamüllə yaradılmamışdır.
Darvinizmi kor-koranə müdafiə edənlər Quranda bildirilən hz. Musanın (ə.s) əsasının ilana çevrilməsini və hz. İsanın (ə.s) palçıqdan düzəltdiyi quşun canlanmasını əsla açıqlaya bilməzlər. Uca Allah hz. Musanın (ə.s) əsasının ilana çevrilməsini ayələrində belə xəbər verir:
Dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!” (Allah) buyurdu: “Ya Musa! Onu at!” (Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan olub sürətlə sürünməyə başladı. (Taha surəsi, 18-20)
Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. (Əraf surəsi, 117)
Hz. Musanın (ə.s) söykəndiyi əsası Allah`ın əmri ilə bir anda canlı, çoxalan, qidalanan, mükəmməl, tam və qüsursuz ilana çevrilmişdir. Bir taxta parçası Allah`ın istəyi ilə bir anda mükəmməl ilan olmuşdur. Bu dəlil Quranda təkamül nəzəriyyəsinə dəlil olması iddiasını qəti şəkildə məhv edir. Rəbbimiz öz istəyi ilə hz. İsanın palçıqdan düzəltdiyi quşu canlı quşa çevirməsini ayəsində belə xəbər verir:
Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” (Maidə surəsi, 110)
Hz. İsanın (ə.s) palçıqdan düzəltdiyi quş Allah`ın izni və istəyi ilə bir anda canlı, mükəmməl, tam və qüsursuz qanad quruluşu ilə uçan, çoxalan, qidalanan quşa çevrilir. Budur, bu yoxdan yaradılış darvinistlərin əsla izah edə bilmədiyi böyük möcüzədir və yer üzündəki bütün canlıların yoxdan yaradılışına dəlildir.
Bütün bunların ortaya qoyduğu aydın nəticə var. Təkamüllə Allah inancının ziddiyyət təşkil etmədiyini iddia edən darvinistlər, əslində, dindar insanları böyük yalana sürükləməyə çalışır, onların səmimi imanlarını istismar etmək üçün cəhd göstərirlər. Bu gün Allah inancının qarşısındakı ən böyük təhlükə və maneələrdən biri darvinizmdir. Darvinizm birbaşa Allah inancına qarşı mübarizə aparan dəccalın ən təsirli və böyük oyunudur. Allah`a inanan səmimi dindarlar bu təhlükəni görüb buna qarşı ciddi elmi fəaliyyət göstərməlidir. Bu böyük təhlükəni zərərsiz hesab edib onu dəstəkləmək təhlükəni daha da böyüdəcək, Allah inancına qarşı mübarizə aparan təhlükəli axına dəstək verəcəkdir. Unutmaq olmaz ki, darvinizm saxta və batil bütpərəst dinidir və yeganə məqsədi insanları dinsizliyə aparmaqdır.