Allah`ın inkar etmək üçün ortaya çıxmış, insanlara Allah qarşısında məsuliyyət daşımayan nəzarətsiz heyvan olduqlarını təlqin edən, hər şeyin təsadüflərlə meydana gəldiyi iddiasını kütlələrə yayan və təbii seçmə iddiası ilə bütün dünyaya zəiflərin yox olması, güclülərin isə həyatda qalması düşüncəsini yayaraq XX əsrin əvvəlindən etibarən bütün dünyanı zülmə, degenerasiyaya, soyqırımlara, müharibələrə aparan təkamül nəzəriyyəsinin əsl qoruyucusu masonluqdur.
Təkamül nəzəriyyəsini bugünkü formada irəli sürən və bu yalanın insanlar arasında yayılmasında təşəbbüs göstərən Çarlz Darvinin babası Erasmus Darvin Şotlandiyada 2 saylı “Canongate Kilwinning” lojasına mənsub məşhur masondur. Ç. Darvin də babası ilə eyni lojadandır və 27-ci dərəcəli masondur. Ç. Darvinin qardaşları da masondur.6
Darvinin fikirlərinin yayılmasından sonrakı 150 il boyu bütün dünyada Allah`a inamın zəifləməsinin, ateistlərin çoxalmasının, dünyanın böyük qarışıqlıq və degenerasiyanın içinə girməsinin, dünya müharibələrinin baş verməsinin, cəmiyyətdə nifrət və qəzəbin yayılmasının, kütləvi qırğınların, cinayətlərin çoxalmasının, soyqırım, irqçilik kimi cəmiyyəti fəlakətə aparan fikirlərin yayılmasının səbəbi bu yalanın masonik darvinist diktatorluq idarəçiliyi altında dünyanın hər təbəqəsinə, məktəblərə və dövlət hakimiyyətinə yerləşməsidir.
Qaniçən kommunist və faşist liderlər Darvinin təkamül nəzəriyyəsinə olan bağlılıqları və heyranlıqları ilə məşhurdurlar. Bu şəxslər dünyada fitnə, qarışıqlıq, zülm sistemi qurarkən özlərinə təkamül nəzəriyyəsini mənbə seçdiklərini bildirməkdən əsla çəkinməyiblər. Bundan əlavə, sözügedən qaniçən liderlərin hamısı masondur.
Kütlələri qana bulayan kommunizmin banisi Karl Marks Darvinin kitabı “Növlərin mənşəyi” ilə bağlı: “Bizim fikirlərimizin təbii tarixi təməlini ehtiva edən kitab elə budur”, - deyərək özünə Darvinin təkamül nəzəriyyəsini əsas götürdüyünü açıq şəkildə ifadə etmişdir.7 Marks Alman “Grand Orient” lojasına aid 32-ci dərəcəli masondur. Ateist olması ilə tanınan Marks yəhudi əsilli olduğuna görə, həmişə narahat olmuş və “Yəhudilərsiz dünya” adlı kitabından musəvilərə və Allah inancına olan qəzəbini açıq şəkildə ifadə etmişdir.8
Marksın fikirlərini özlərinə əsas götürmüş, Darvin və təkamül nəzəriyyəsinə heyranlıqları ilə tanınan milyonlarla insanın qətlinə səbəb olmuş Lenin və Stalin də eyni şəkildə masondur. Lenin “Grand Orient” lojasına, Stalin isə “Gül Xaç” lojasına aid masondur. Stalin 60 milyon insanın həyatını itirməsinə səbəb olduğu təxmin edilən hakimiyyəti boyu təkamül təbliğatına böyük əhəmiyyət vermişdir. Tərcümeyi-halında bu sözlər yer alır:
Məktəblərdəki şagirdlərimizin zehnini yaradılış fikrindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: Yerin yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini.10
Kommunist İnqilabının Leninlə birlikdə digər banilərindən biri olan Leon Trotski isə “Darvinin kəşfi bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu” şərhini vermiş digər darvinistdir.11 Leon Trotski, eyni zamanda, “Grand Orient” lojasına aid masondur. Trotski Rusiyadan sürgün edilərək Cənubi Amerikada məskunlaşdıqdan sonra Latın və Cənubi Amerika bölgələrində “Grand Orient” lojalarının birləşdirilməsi vəzifəsini həyata keçirmişdir. Bu günə qədər Kuba da daxil olmaqla, Cənubi Amerikadakı kommunist qiyamların hamısı bu lojalar tərəfindən təşkil edilmişdir.12
Eyni şəkildə, Çin kommunizminin banisi Mao Tse Tunq da Çin sosializminin təməlinin Darvinə və təkamül nəzəriyyəsinə əsaslandığını açıq şəkildə bildirən qaniçən kommunist liderdir. Mao Tse Tunq da “Grand Orient” lojasına aid masondur.13 Mao Tse Tunqun Darvinə əsaslanan Çin sosializm tarixinin ən repressiyaçı və qanlı rejimlərindən biridir. O dövrdə Çin saysız-hesabsız siyasi edama səhnə olmuşdur. Sonrakı illərdə isə Maonun “Qızıl mühafizəkarlar” adlandırdığı gənc hərbiçilər ölkəni əsl terror məkanına çevirmişdilər. Çin hələ də eyni kommunist sistemin təsiri altında qanlı diktatorluğunu davam etdirir. Son dövrlərdə Çində Uyğur türklərinə tətbiq edilən soyqırım və edamlar Maonun öz ifadəsi ilə Darvinin təkamül nəzəriyyəsinə əsaslanan, eyni batil və kirli masonik sistemin təsirinin davam etdiyini açıq şəkildə göstərir.
Bu şəxslərin hamısı darvinist və masondur. Bu şəxslər Quran, Tövrat və İncilə qarşı olan, Allah`a təkəbbür göstərən dəccal komitəsidir.
Dünyanı dinsizliyə, degenerasiyaya, nifrət və məqsədsizliyə, müharibələrə sürükləyən Darvin, onun məsləhətçisi olan babası Erasmus Darvin, milyonlarla insanın ölümünə səbəb olan və darvinizmi dəstəkləyən kommunist ideologiyanın qaniçən liderləri yüksək dərəcəli masonlardır. Bu gün heç bir elmi dəlili olmamasına baxmayaraq, təkamül nəzəriyyəsi bütün dünyada qanunlarla qorunur və dəstəklənir. Gənclər bu batil nəzəriyyəni öyrənmək, müəllimlər də müdafiə etmək məcburiyyətindədirlər. Təkamül nəzəriyyəsinə qarşı çıxanlar dərhal vəzifələrindən azad edilir, susdurulurlar. Çünki dünyanı qana bulayan, cəmiyyətə dinsizliyi aşılamağa çalışan bu batil ideologiya dəccalın, yəni masonluğun ən mühüm qalasıdır. Qaniçən kommunist və faşist liderlərin bu nəzəriyyəyə möhkəm bağlı olduqları və Darvinin təlimlərini tətbiq edərək milyonlarla insanın qanını tökdükləri nəzərə alındıqda, bu dəccal komitəsinin dünya səviyyəsindəki təsiri başa düşülür.
Masonluğun əsas fəlsəfəsi: darvinizm
Darvinizm masonluğun əsas fəlsəfəsidir. Çünki darvinizm masonların dünyada qurmağa çalışdığı dəccal sisteminin əsasını təşkil edir. İnsanları Allah inancından uzaqlaşdırmağı qarşısına məqsəd qoyur, yer üzündəki zülm sisteminin batil və saxta fikri əsasını təşkil edir. Elə bu səbəbdən, mason təşkilatlanması təkamül nəzəriyyəsinin cəmiyyətə qəbul etdirilməsi üçün ən çox səy göstərən təşkilatdır. “Mason dergisi” masonların təkamül ideologiyasına nə üçün bağlı olduğunu belə açıqlayır:
“Darvinin təkamül nəzəriyyəsi təbiətdə baş verən bir çox hadisənin Tanrının işi olmadığını göstərdi”.14 (Allah`ı tənzih edirik)
Masonlar elə bu böyük yalanı dirçəltmək və kütlələrə yaymaq üçün təkamül nəzəriyyəsini elmi nəzəriyyə kimi təqdim etməyə çalışırlar. Lakin masonların ön plana çəkdikləri təkamül nəzəriyyəsi bircə elmi dəlillə belə dəstəklənməmiş, yaradılışı sübut edən 350 milyon fosil və digər elmi tapıntılar qarşısında tamamilə süqut etmiş tarixin ən böyük saxtakarlığı, elm adına ortaya çıxmış ən böyük yalanıdır.
Başqa bir mason jurnalı olan “Mimar Sinan”da isə masonluğun darvinizmə baxışı bu şəkildə izah edilmişdir:
Bu gün artıq ən sivil ölkələrdən ən geridə qalmışlarına qədər yeganə əsaslı elmi nəzəriyyə Darvinin və onun yolunu davam etdirənlərinkidir.15
Masonlar darvinizmi elmi nəzəriyyə kimi göstərməyə, bunun ən doğru yol olduğunu təlqin etməyə çalışırlar. Çünki darvinizm masonik hədəflərin qarşısını açan batil düşüncə sistemini yaymaq üçün istifadə olunur. Ona görə, masonlar bu nəzəriyyənin təbliğatının aparılmasını da əsas vəzifələrindən biri qəbul edirlər. “Mason Dergisi” sözügedən masonik vəzifəni belə ifadə etmişdir:
Hamımızın üzərinə düşən ən böyük humanist və masonik vəzifə müsbət elmdən ... ayrılmamaq, bunun təkamüldə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, milləti müsbət elmlərlə (darvinizmlə) yetişdirməkdir.16
Yüksək dərəcəli mason olan Selami İşındağ isə “Masonlukdan esinlenmeler” adlı kitabında masonluğun batil təkamül inancı əsasında insana baxışını bu şəkildə ifadə edir:
İnsan təkamül baxımından heyvandan fərqli deyil. İnsanın əmələ gəlməsi və təkamülü üçün heyvanların tabe olduqları güclərdən ayrı, xüsusi gücləri yoxdur.17
Dəccal sistemi olan masonluq insanı təsadüfən əmələ gəlmiş heyvan kimi görən darvinizmdən bütün hədəflərinə asanlıqla çatmaq üçün istifadə edir. Darvinizm dəccalın bütün batil fikir sistemini bərqərar etmək üçün batil ideologiya kimi masonlar tərəfindən ortaya atılmış, masonlar tərəfindən dəstəklənmiş, elm kimi göstərilmiş və masonlar tərəfindən qorunmuşdur. Hələ də sözügedən dəccal sistemi bu batil ideologiyanı təzyiq, israr, zorakılıq və saxtakarlıq yolu ilə qorumaqda davam edir.
Bunu daha yaxşı başa düşmək üçün dəccal sistemi olan masonluğun Darvin dövründə bu batil ideologiyanı necə dəstəkləyib ön plana çıxardığını araşdırmaq yerinə düşəcəkdir.
Masonlar tərəfindən dəstəklənən Darvin
Darvinizmin masonluğun ən böyük oyunlarından biri olması həqiqətini nəzərə çatdıran mühüm nümunə mason iclasında verilmiş qərardır. Parisdəki 33-cü dərəcəli Mizraim Mason Ali Şurasının iclaslarında təkamülün elm kimi dəstəklənməsi qərarını verərkən, əslində, bir tərəfdən də özləri o nəzəriyyəni ələ salırdılar:
Elə bu (təkamül nəzəriyyəsinin elmiliyi) fikirdən istifadə edərək biz heç dayanmadan mətbuat vasitəsilə bu nəzəriyyələrə kor-koranə inanılmasını təmin edəcəyik. İntellektuallar... savadları ilə özlərini tərifləyəcəklər və hər hansı məntiqli sübuta ehtiyac hiss etmədən elmdən əldə edə bildikləri bütün məlumatı bunun üçün sərf edəcəklər, bizi təmsil edən mütəxəssislər onların zehinlərini bizim istədiyimiz istiqamətdə yönəltməyimiz üçün bütün hissələri hiyləgərliklə birləşdirdilər. Bir anlıq bunların boş sözlər olduğunu düşünməyin: darvinizm üçün təşkil etdiyimiz uğurlar üzərində diqqətli düşünün...18
Amerikadakı masonluq da Mizraimin bu qərarını çox keçmədən mənimsədi. “New Age” jurnalı 1992-ci ilin mart ayında masonluğun hakimiyyətinin “təkamül və insanın təkmilləşməsi” sayəsində qurulacağını bildirmişdir.
Diqqət edilsə, təkamül nəzəriyyəsinin indiki saxta elmi görünüşü 33 dərəcəli mason lojalarında müəyyən edilib qərarlaşdırılmış oyundur. Masonlar özləri belə, gülünc hesab etdiyi bu yalana elmi don geydirmək üçün özlərinin istədiyi kimi davranan elm adamlarını, özlərinin istiqamətləndirdiyi mətbuatdan istifadə edəcəklərini açıq şəkildə bildirirlər. Masonlar darvinizm adından əldə etdikləri uğurlardan bəhs edərkən, əslində, bu yalanın universitetlərə, məktəblərə, dərsliklərə, bütün KİV-lərə həqiqət kimi daxil olmasını, antidarvinist mövqedə olanların susdurulmasını, antidarvinist fəaliyyətlərin təzyiq yolu ilə dayandırılmasını nəzərdə tuturdular. Masonların darvinizm üçün əldə etdiyi bu saxta uğurlar dövrümüzdə elə səviyyəyə gətirilmişdir ki, ingilis kilsəsi Darvindən üzr istəməyə, Roma Papası öz evində darvinizm lehinə konfranslar verməyə məcbur edilmişdir. Dünyaya hakim olan dəccal sistemi masonluq lojasında qərar verib tətbiq etdiyi bu batil sistemi bu cür təsirli etmişdir.
Masonluğun darvinizmlə əlaqəsinin başqa mühüm dəlilini isə Darvin dövründə Darvinin ən böyük tərəfdarı və Darvinin “buldoqu” kimi tanınan Tomas Hakslinin fəaliyyətlərindən anlamaq mümkündür. Haksli İngiltərənin ən mühüm elm qurumlarından biri olan Kral Akademiyasının (Royal Society) üzvü idi və bu qurumun bütün digər üzvləri kimi mason idi.19 Kral Akademiyası və ya tam adı ilə Təbiət Elminin İnkişafı üzrə London Kral Akademiyası (The Royal Society of London for The
İmprovement of Natural Knowledge) 1662-ci ildə qurulmuşdur. Qurumun bütün üzvləri istisnasız masonlardan ibarət idi.20
Heç bir şəxsi uğuru olmamasına baxmayaraq, çox gənc yaşda Kral Akademiyasına üzv götürülən Haksli bu masonik təşkilat baxımından əhəmiyyətli edən şey Darvinin yaxını və ən böyük tərəfdarı olması idi.
Kral Akademiyasının digər üzvləri də həm kitabını nəşr etməzdən əvvəl, həm də nəşr etdikdən sonra Darvinə böyük dəstək verdilər və kömək etdilər. Bu masonik qurum Darvin və darvinizmə o qədər sahib çıxdı ki, bir il sonra eynilə Nobel mükafatları kimi hər il uğurlu hesab etdiyi elm adamlarına “Darvin medalı” təqdim etməyə başladı.
Qısaca desək, özü də mason olan Darvin tək deyildi. Nəzəriyyəsini irəli sürdüyü andan etibarən təşkilatlı şəkildə dəstəkləndi. Bu təşkilati dəstək əsasını masonların təşkil etdiyi sosial sinif və qruplardan gəlirdi. Marksist mütəfəkkir Anton Pannekoek “Marksizm və darvinizm” adlı kitabında bu mühüm həqiqətdən bəhs edir və burjuaziyanın, yəni avropalı gənc kapitalist sinfinin darvinizmi dəstəklədiyini belə izah edir:
Marksizmin əhəmiyyətini və mövqeyini sadəcə proletar sinfi mübarizəsindəki roluna borclu olduğu hamıya məlumdur... Darvinizmin də marksizmlə eyni təcrübələri yaşadığını görmək çətin deyil. Darvinizm elm dünyası tərəfindən obyektiv yanaşma ilə müzakirə olunaraq və sınaqdan keçirilərək qəbul edilmiş mücərrəd nəzəriyyə deyil. Xeyr, darvinizm ilk addım atan kimi həvəskar dəstəkçiləri və qatı düşmənləri olmuşdur. Darvinin adı nəzəriyyəsini az anlayan insanlar tərəfindən ucaldılmışdır... Darvinizm də sinfi mübarizədə rol oynamış və bu rol sayəsində sürətlə yayılmış, coşqun tərəfdarlar və amansız düşmənlər qazanmışdır.21
Bu iddia masonların təkamül nəzəriyyəsinə nə üçün əhəmiyyət verdiklərini açıq şəkildə göstərir. Onların məqsədi insanın və bütün canlıların təsadüfən əmələ gəlməsi fikrini zehinlərə yerləşdirmək, beləliklə, insanlara bu batil materialist fəlsəfəni əsaslı göstərməkdir. Allah`ı inkar etməyin (Allah`ı tənzih edirik) və təsadüfləri saxta ilah kimi insanlara qəbul etdirməyin tək üsulu isə onların fikrincə təkamül nəzəriyyəsidir. Elə buna görə, masonluq hansı yolla olarsa-olsun, təkamül nəzəriyyəsini dəstəkləyir, müdafiə edir, cəmiyyətdə yaymağa çalışır və saxtakarlıqla və ya zorakılıqla da olsa, mütləq qoruyur. Dünyada bu yalanın israrla və böyük fanatikliklə qorunmasının və dünyaya hakim olan darvinist diktatorluğun qurulmasının səbəbi elə budur.
Saxta darvinizm ideologiyasının dəstəkçiləri daim masonlar olmuşdur
Daha əvvəl detallarını bildirdiyimiz kimi, masonluğun təməl fəlsəfəsi darvinizmə əsaslanır. Çünki darvinizm masonluğun əsaslandığı cəhətləri - ateizmi, məqsədsizliyi, müharibələri və degenerasiyanı, yəni dəccal sistemini qanuniləşdirmək üçün irəli sürülmüş və elmi tərəfi olmamasına baxmayaraq, elmi göstərilməyə çalışılmış saxta ideologiyadır.
Yüksək dərəcəli mason olan Selami İşıldağ masonluğun təkamülü qeyd-şərtsiz qəbul etməsini bu sözlərlə dilə gətirmişdir:
Qısa şəkildə bəzi masonik prinsip və fikirlərə də toxunmaq istəyirəm: masonluğa əsasən, həyat tək hüceyrədən başlayır, dəyişmə, çevrilmə və təkamüllə insana qədər davam edir. Başlanğıcın mahiyyəti, səbəbləri, məqsədi və şərtləri məlum deyil. Həyat maddə-enerjidən əmələ gəlmiş və ona qayıdacaqdır. Kainatın ulu memarı; ancaq ali prinsip, yaxşılıqlar və gözəlliklərin sonsuz üfüqü, təkamülün zirvəsi, ən yüksək mərhələsi, insanlıq prinsipi olaraq düşünülüb mənimsənilərsə, şəxsiləşdirilməzsə, ehkamçılıqdan qurtulma ehtimalı var.22 (Allah`ı tənzih edirik)
Bu sözlərdə işlədilən “kainatın ulu memarı” adlandırılan masonik anlayış masonların tapındıqları şeytanı ifadə edir. (Allah`ı tənzih edirik).
Başqa bir mənbədə masonluğun təkamül düşüncəsi ilə əlaqəsi açıq şəkildə bildirilir və Darvinin babası Erasmus Darvinin təkamül fikrini irəli sürməsinin mühüm səbəbinin masonluğa əsas təşkil etməsi açıqlanır:
“New Age”in universallıq, sehr və təkamül kimi doktrinalarının böyük əksəriyyəti mason lojasında yer alır. Bu səbəbdən, Erasmus Darvin kimi masonlar və başqaları da təkamül fikrini qəbul etmişdir.
... Təkamül reinkarnasiya ilə əlaqəli mistik dindir. Elə buna görə, “New Age” oxucuları da təkamül təlimlərinə inanırlar. Təkamül təbii seleksiyanın bütün canlıları ibtidaidən mürəkkəbə çevirdiyini irəli sürür (insan isə milyardlarla il davam edən təsadüflərlə dolu bu mərhələli inkişafın son məhsuludur). Reinkarnasiya da insanın mükəmməlliyə çatana qədər bir çox həyat yaşayaraq sonsuz şəkildə təkamül keçirdiyini öyrədir.23
Darvinizmin masonluğa əsaslanan nəzəriyyə olması C.H.Steinmetzin “Masonluğun gizli mənası” (Freemasonry: Its Hidden Meaning) adlı kitabında bu sözlərlə şərh edilmişdir:
Masonik təmsil və simvollarda gizlənən bu qədim və gizli təlim təkamülü Darvinin indiyə qədər öyrətdiyi kimi açıqlayır: Reinkarnasiya və Karma elmi astrologiyanın bir parçasıdır.24
Yazıçı F.D.Kolins masonik sistemi ifşa etdiyi “Elmi diktatorluğun hakimiyyəti” (The Ascendancy of the Scientific Dictatorship) sərlövhəli məqaləsində darvinizmin, əslində, masonik yalana necə əsaslandığını bu sözlərlə ifadə edir:
Darvinizm nəzəriyyəsi “-izm”lərin, ehtiyatla örtülmüş sehrlə bağlı anlayışların, fəlsəfi doktrinaların və ideologiyaların sıx qarışığıdır. Tennenbaumun “darvinizm cəfəng (ağlasığmaz) dərəcədə məntiqsiz təkliflərə əsaslanır, bunlar elmi müşahidələrdən əldə edilməmiş, lakin süni şəkildə xaricdən siyasi və ideoloji səbəblərlə ortaya atılmışdır” açıqlaması əsaslı və doğrudur.25
Masonluğun darvinizmi ön plana çıxararaq dünya müharibələrinə səbəb olması, kütləvi qırğınlar törətməsi, soyqırım, irqçilik kimi zülm sistemlərini yayması da çətin olmamışdır. Masonluq müxtəlif yüksək dərəcəli masonları ön plana çəkərək, darvinist ideologiyanı əsas götürərək və bu ideologiya ilə insanların beyinlərini yuyaraq dünyaya qorxunc fəlakət gətirmişdir. 350 milyondan çox insan bu qorxunc oyun nəticəsində şəhid olmuş və ya həyatını itirmiş, insanlar nə olduğunu başa düşmədən iki böyük dünya müharibəsinin gətirdiyi bəlaya düşmüşdülər.
Kolins bu həqiqəti belə şərh edir:
“Nizamın gizli kultu” (The Secret Cult of the Order) adlı əsərində A.Sutton belə deyir: “Marks və Hitler, hər ikisinin də fəlsəfi təməlləri Hekelə əsaslanır. Elə Darvin, Marks və Hitlerin kəsişdiyi Hekelçi nöqtə buradadır. Nitşeizm, darvinizm və marksizmin birlikdə Sionun ağıllı adamları protokolunda yer tutduğu nəzərə alınarsa, bu, bir təsadüf deyil. Hər ikisi də Hekelçi prinsiplərə əsaslanır. Habelə, hər ikisi də darvinizm elmi ilə qanuniləşdirilmiş elmi diktatorluqlardır.
Hitler və Marksın hər ikisinin də darvinist təkamülə olan marağı tarixi həqiqətdir. Londonda yaşadığı dövrdə Karl Marks Haksli tərəfindən verilən təkamül nəzəriyyəsi konfranslarında iştirak edirdi.
Kommunizmin sinfi mübarizəsi anlayışı ilə Darvinin təbii seleksiya prinsipi arasındakı heyrətləndirici bənzərliyin fərqinə varan Marks Darvinə 1873-cü ildə “Das Kapital” kitabının bir surətini göndərmişdi. Təkamül düşüncəsindən sehrlənən Marks növbəti cildi Darvinin ona həsr etməsini istəmişdi.26
Tədqiqatçı İan Taylor bu mövzunu belə açıqlayır:
Faşizm və ya marksizm, sağ qanad və ya sol - ... əlbəttə, bu yolların təməli Darvinin təkamül nəzəriyyəsidir.27
Kolinsin bu mövzu ilə bağlı digər fikirləri də belədir:
“Evolution and Ethics” (Təkamül və etika) adlı kitabında Kit açıq şəkildə bunları deyir: “Mənim davamlı şəkildə ifadə etdiyim kimi, alman Führer (Hitler) bir təkamülçüdür: şüurlu şəkildə Almaniyadakı tətbiqatların təkamül nəzəriyyəsinə uyğun olmasını hədəf seçmişdir”.28
“Mein Kampf” kitabını təhlil edən V.Maser, Hitlerin biologiya, sitayiş, güc və mübarizə kimi məfhumlardan və onun tarixdə əxlaq şərti fikirlərini rədd etməsinə görə, Darvinin cavabdeh olduğunu açıqlamışdır.29
Kommunizm və nasizm hərəkatlarının nəticəsində inanılmaz dərəcədə çox qan axıdılmışdı. Bu, darvinist təfəkkürün təbii nəticəsi və elmi diktatorluğun mirası idi.30
Darvinin düşüncələrini tətbiq edən kommunistlər və faşistlər milyonlarla insanı öldürmüşdülər. Bu qrupların hər ikisi də elitlər (illuminati) içərisindən çıxır və dövrümüzdə də eyni məqsədlərə xidmət edirlər. Darvinist güclü olanın həyatda qalması iddiası nəticəsində zəfər əldə etmək üçün qan tökülməsi şərtdir.31
Masonluq, yəni dəccaliyyət darvinizm pərdəsi altında kütlələrə sızaraq milyonlarla insanın qətl edilməsinə yol açmışdır. Bu dəccali sistem ölkələri məhv etmiş, inananlara istiqamətlənən qırğınların bir nömrəli cavabdehi olmuşdur və bu dəccali sistemin üsulları hər zaman insanlara uyğun göstərilməyə çalışılmış, təkamüllə kamuflyaj edilərək elmi əsası kimi göstərilmişdir. Lakin təkamül nəzəriyyəsi elmi dəlillə dəstəklənmədiyi kimi, hər elmi tapıntı bu nəzəriyyəni təkrar-təkrar süquta məruz qoyur. Darvinizmin böyük yalan olması qəti və sübut edilmiş həqiqətdir.
İnsanların açıq-aydın deyilmiş yalana bu qədər kor-koranə bağlanmaları, dünya səviyyəsində bu yalanın yayılması və insanları, cəmiyyətləri, ölkələri təsiri altına alması, əlbəttə, inanılmaz hadisədir. Lakin sözügedən kütləvi yalanın masonların monopoliyasında olması həqiqəti nəzərə alındıqda bu aldanmanın səbəbi də başa düşülür. Masonların oyunu, qapısı örtülü lojalardan bütün dünyaya çatan təsirli oyundur. Onlar cəmiyyəti və ya bütün dünyanı aldatmaq istədikdə eynilə təkamül nəzəriyyəsində olduğu kimi, ölkələri, dövlətə bağlı qurumları, insanları, mətbuatı, yəni hər cür yoldan istifadə edərək bunu istədikləri kimi edə bilirlər.
Şeytanın nizamı mütləq süqut edib yox olacaqdır
Şeytana sitayiş edən dəccal sistemi - masonluq daima Allah tərəfdarları qarşısında məğlub olacaqdır. Hal-hazırda şeytana sitayiş edən masonik təşkilat dünyada güclü kimi görünür. Lakin bu, aldadıcıdır. Şeytanın böyük dövlətləri olması, milli siyasətlərinin olması, təşkilatlarının olması heç bir şey ifadə etmir. Bu çürük sistem Allah`ın istəyi ilə bircə həftədə, bircə gündə, hətta bircə anda məhv olacaq sistemdir. Şeytanın sistemi nə qədər güclü görünsə də, Allah`ın istəyi ilə mütləq yerlə yeksan olacaq şəkildə yaradılmışdır.
Bu həqiqəti tarixdən görmək mümkündür. Şeytana sitayiş edən mason liderlərin idarə etdiyi böyük dövlətlər Allah`ın istəyi ilə bir anda məhv olmuşdur. Məsələn, Hitler satanist və mason idi. Onun bir dövlət siyasəti var idi. Gizli xidmətləri, gizli polisi var idi. Lakin o özünə şeytanı silah seçdiyi üçün, şeytanın ardınca gedərək güclü olacağını zənn etdiyi üçün şeytan onun dövlətini süqut etdirdi. Kommunist diktator Lenin şeytanın əmrlərini tətbiq edərək dövlətlərə hökm edən güclü lider kimi görünürdü. Lakin axırda dəli olaraq pərişan halda öldü. Səddam Hüseyn də şeytanın göstərişlərini tətbiq edən mason idi. Onun dövründə İraq ordusu dünyanın ən güclü ordusu idi. Lakin ordu bircə gündə səhrada itdi. Səddamın isə dünyaya qarşı göstərdiyi gücün ardınca həyatı pərişan halda sona çatdı.
Bütün bunlar yalnız bir gündə və ya bir anda baş vermişdir. Güclü görünən hər şeytan tərəfdarı Allah`ın onlara şeytanı mübtəla etməsi ilə bir anda bütün güclərini itirmiş, məhv olmuşdur. Bu şəxslər şeytanın gücü olduğuna inanaraq yanılmışdılar. Lakin şeytanın hiyləsi zəifdir. Bütün güc isə yalnız Allah`a aiddir. Elə bu səbəbdən, yalnız Allah`ın tərəfdarları qalib gələcəkdir. Şeytanın ordusu peyğəmbərlərə qarşı daim məğlubiyyətə uğramışdır. Peyğəmbərimiz (s.ə.v) Allah tərəfdarı olduğuna görə, onu əsla məğlub edə bilməmişdilər. Hz. Musa (ə.s) dövrün ən böyük güc sahibi və eyni zamanda da mason olan firona qarşı çıxmışdır, lakin firon Allah tərəfdarı olan hz. Musanı (ə.s) məğlub edə bilməmişdir. Diqqət edilsə, böyük ehtişam içində yaşayan firon sonrakı qövmlərə ibrət verici şəkildə ölmüşdür. Eyni şəkildə, hz. Süleyman (ə.s) da masonik təşkilatlanmaların hamısına qalib gəlmişdir.
Allah tərəfdarları tarixin heç bir dövründə məğlub olmayıblar və olmayacaqlar da. Allah`ı qəlbdən sevən, böyük səmimiyyətlə Ona yönələn hər kəs mütləq dəccal sisteminə qarşı qalib gələcəkdir. Dünyaya hakim vəziyyətdəki dəccali sistem, yəni masonluq da hal-hazırda şeytanın keçmişdəki tərəfdarları ilə eyni vəziyyətdədir. Dəccal güclü kimi görünsə də, şeytanın tərəfdarı olduğuna görə, onu Rəbbimizdən böyük qarşılıq gözləyir. Allah`ın tərəfdarları olan axırzamanın iki böyük şəxsi hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) şeytana qarşı mütləq qalib gələcəkdir. Dəccali fikir sistemi Allah`ın izni ilə tamamilə süqut edib yox olacaqdır.